Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2022-11-15 10:00:00

Rəsmi Hyundai servis mərkəzlərində ənənəvi qışa hazırlıq servis kampaniyası başladı.





Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distributoru “Auto Azerbaijan” şirkəti “Qışa Hazırlıq” ənənəvi servis kampaniyasına start verdi.

Dekabr ayının 30-a qədər bütün Hyundai sahibləri rəsmi servis mərkəzlərində aşağıda qeyd olunan endirimlərdən faydalana biləcəklər:

 • 20% ehtiyat hissələrinə

 • 23% işçilik haqqına

 • 20 nöqtə üzrə yoxlanış xidməti hədiyyə 

 • növbəti servis ziyarətinə 10% endirim


Qeyd: Kampaniya Hyundai Ticari avtomobil sahibləri üçün də keçərlidir və 15 nöqtə üzrə yoxlanış hədiyyə olunacaqdır.


Hyundai Otoplaza və Otoplaza Mall servis mərkəzlərində BirKart, BolKart, , AlbalıKart taksit kart sahibləri 3 ayadək faizsiz, komisyasız taksit imkanı ilə kampaniyadan faydalana bilərlər.

 

Əlavə olaraq qeyd edək ki, orijinal ehtiyat hissələri qiymətlərinin büdcəsinə uyğun gəlmədiyini düşünən Hyundai sahibləri üçün Hyundai Azərbaycan Zəmanət müddəti bitmiş Hyundai avtomobil sahiblərinə, orijinal ehtiyat hissələrinin keyfiyyətli alternativi olan PL2 ehtiyat hissələrini təklif edir.


Belə bir kampaniya, uzun müddət rəsmi servisin üstünlüklərindən faydalana bilməyən zəmanətsiz Hyundai avtomobil sahibləri üçün əla fürsətdir. Qış aylarında yolda qalmamaq üçün bu fürsətdən istifadə edərək avtomobilinizi yoxlatdıra və baş verə biləcək nasazlıqların qarşısını öncədən ala bilərsiniz.

Qarşıdan gələn sərt qışa indidən hazır olun və 2023-cü ilə öz avtomobilinizlə əmin şəkildə qədəm qoyun!

                                   

* Partnyorlar: Castrol, Shell, Zich 


Daha ətraflı məlumat: https://www.hyundai.az/campaign/qisa-hazir-ol-hyundai-dan-movsumun-servis-furseti

Telefon 989

www.hyundai.az

https://www.facebook.com/HyundaiAzerbaijan

https://www.instagram.com/hyundaiazerbaijan/