Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2022-12-04 18:00:00

Bakıda 2-ci dəfə "Parlaq Gələcək Naminə Qaç" şüarı altında marafon qaçışı idman tədbiri keçirildi.





04.12.2022 tarixində Bakı şəhərində yerləşən Otoplaza Mall Avtomobil Şəhərciyinin ərazisində Növbəti dəfə "Parlaq Gələcək Naminə Qaç" idman marafon qaçış tədbiri baş tutdu. 

İlk dəfə eyni tipli tədbir bu ilin əvvəlində keçirilmişdi. Tədbir Auto Azərbaycan şirkəti və onun sub markaları Hyundai, CarPro-İkinci əl Avto, Toppart Ehtiyyat hissələri dükanlar şəbəkəsinin sponsorluğu və təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının dəstəyi, Baku Marafon Klubun təşkilati dəstəyi ilə keçirildi. Tədbirdə müxtəlif nominasiyalar üzrə 400 dən çox insan marafon qaçışına qatılaraq öz məharətlərini və dözümlərini nümayiş etdirdilər. İştirakçılar arasında hər yaş kateqoriyasında yerli və Bakı şəhərində daimi və müvəqqəti yaşayan əcnəbi marafonçulara da rast gəlmək olurdu. Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətdə sağlam həyat vərdişlərini bir daha nümayiş etdirmək,  gənclərdə idmana olan marağı artırmaq, fiziki məhdudiyyətli insanlarda özünə inam aşılamaq və onların inkluziv bir cəmiyyətin nümayəndələri olmalarını bir daha hərkəsin diqqət mərkəzinə çəkmək olmuşdur. Tədbir havanın soyuq və şaxtalı olmasına baxmayaraq anşlaqla keçdi və çox maraqlı anlarla da yadda qaldı. Tədbirdə ilk dəfə olaraq gözdən əlillər də xüsusi müşaiyət altında qaçışa qatıldılar və idman tədbirinin iştirakçısı və qalibi adlarını qazandılar. Bundan əlavə xüsusi paravelosipedlərdə də fiziki məhdudiyyətli idmançı paralimpiyaçılar da iştirak edərək qalib adını qazandılar və sponsorlardan qiymətli hədiyyələr və mükafatlar əldə etdilər. Tədbir zamanı iştirakçıların və marafonçuların təmiz suya olan tələbatını Sirab şirkəti, soyuq havada isti çay və kofe ehtiyaclarını isə Azərsun Holdingin NJoy kofe və Berga çay brendləri öz üzərlərinə götürərək bir daha bu böyük sosial layihəyə öz töhfələrini verdilər. Bundan əlavə bu tədbirə Domino's pizza şəbəkəsinin də dəstəyi qaliblərə verilən xüsusi endirim kuponları ilə yadda qaldı. Tədbirin sponsorlarının və təşkilatçılarının rəsmi nümayəndələrindən alınan məlumata görə bu tipli sosial layihələr artıq bir ənənə şəklinə salınacaq və növbəti il üçün planda daha 2 böyük marafon qaçış tədbiri keçiriləcəkdir.