Search
Please input text for search

Hyundai Araba Kampanyaları ve Araç Fırsatları | Hyundai Türkiye

  • Sizi Hyundai Azərbaycan, Sirab və Azərsun Holdinqin “Coffee'NJoy” və Berqa brendlərinin  sponsorluğu, "Azərbaycan Atletika Federasiyası"nın təşkilatçılığı  və "Baku Marathon Club"un dəstəyi ilə  "Parlaq Gələcək Naminə Qaç!" marafonunda bizimlə birgə qaçmağa dəvət edirik.Yarışın keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan insanlarda ümid yaratmaq, idmanın inkişafına dəstək olmaq və gələcək nəsillərə dayanıqlı inkişaf yolunda töhfə verməkdir.Yarış  4 dekabr 2022 tarixində, 09:00-16:00 saatlarında Babək pr. 61C ünvanında yerləşən Otoplaza Mall avtomobil mərkəzində baş tutacaqdır.Qaliblər 18 kateqoriya üzrə  müəyyənləşdiriləcək və sonda hər kateqoriya üzrə ilk 3 yeri tutan şəxslər qiymətli hədiyyələrlə , eləcə də  medal və diplomla təltif  olunacaqdır . 


    Gəlin, Parlaq Gələcək Naminə Birlikdə Qaçaq!