Search
Please input text for search

Biz Kimik?

Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət "Hyundai" markasının ölkə üzrə 10 satış və servis mərkəzindən ibarət diler şəbəkəsini formalaşdırıb.

Müştəri Məmnuniyyəti

İdxalına başladığı dönəmdən bugünə qədər şirkət 50.000-dən artıq şəxsə "Hyundai" model sırasına aid avtomobillər satmaqla yanaşı onlara yüksək səviyyəli servis xidməti göstərib, həmçinin orijinal və zəmanətli ehtiyat hissələri ilə təchizatını da həyata keçirib. Mövcud olduğu illər ərzində çox böyük təcrübə qazanan, müştəri yönümlü siyasəti ilə seçilən "Auto Azərbaycan" şirkəti hər zaman avtomobil sahəsində etdiyi yeniliklərlə daim müştərilərinin diqqət mərkəzində qalmağı bacarır. Bu nailiyyət isə şirkətin hər an müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi qarşısına başlıca vəzifə kimi qoymasının məntiqi nəticəsidir. Müştəri məmnuniyyəti "Auto Azərbaycan"ın bir biznes vahidi olaraq bazarda varlığını sürdürməsi üçün ehtiyac duyduğu ən önəmli faktor, ən prioritet məsələdir. Müştərilərin tələblərinə cavab verən keyfiyyətli avtomobillər və münasib satış şərtləri, beynəlxalq standartlara uyğun salon və diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində xidmət göstərən peşəkar heyətin formalaşdırılması üçün müntəzəm təlimlərin keçirilməsi, mütəmadi həyata keçirilən satış və servis kampaniyaları, müxtəlif aksiyalar və s. bu kimi fəaliyyətlərin sonunda şirkəti əldə olunması düşündürən tək bir hədəf varsa, o da məhz müştəri məmnuniyyətidir.

Koorporativ Sosial Məsuliyyət Layihələri

"Auto Azərbaycan" şirkətinin fəaliyyəti təkcə bizneslə məhdudlaşmır. Mövcud olduğu cəmiyyətin bir hissəsi olmaqla onun gələcək inkişafı üçün məsuliyyət daşıdığını dərk edən şirkət yalnız öz müştərilərini və biznes maraqlarını düşünmür, ümumilikdə hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemlərin bir hissəsini aradan qaldırmaq üçün hər zaman səmərəli addımlar atır. Bunun ən bariz nümunəsi şirkətin həm birbaşa özünün təşəbbüskarı olduğu yolda hərəkət təhlükəsizliyi, ətraf mühitin və ekologiyanın mühafizəsi, idmanın və sağlam həyat tərzinin təbliği kimi istiqamətlər üzrə korporativ sosial məsuliyyət xarakterli layihələrin həyata keçirilməsi, həm də bu yönümlü layihələrə daim öz dəstəyini əsirgəməməsidir. 2010-cu ildən Azərbaycanda keçirilən, “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım”, “Yaşıl ofis”, “Zolağı pozma”, “Ağıllı Bala” yayımları ilə birlikdə hazırladığı uşaqlar üçün “Yol Hərəkəti Qaydaları” məlumat kitabçası və s. müxtəlif korporativ sosial məsuliyyət layihələrini özündə birləşdirən “Hyundai Azərbaycan”-ın “Gələcəyimiz üçün əl-ələ layihəsi “Hyundai”-in beynəlxalq miqyasda həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramının bir hissəsidir. "Auto Azərbaycan" bir şirkət olaraq bugünə kimi qazandığı biznes uğurları ilə Azərbaycan iqtisadiyyatına dəyər qatması və ölkənin ən mühüm sərvəti olan insan kapitalına dəyər verməsi ilə hər zaman qürur duyur!