Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2023-05-07 09:00:00

Hyundai Azerbaijan "Baku Marafon 2023"-ün rəsmi avtomobil tərəfdaşı oldu.





Hyundai Azerbaijan “Bakı Marafonu – 2023” ün rəsmi avtomobil partnyoru oldu!



7 may tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirildi. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan əcnəbilər, eləcə də digər ölkələrdən gələn iştirakçılar qoşulub.

Marafonun rəsmi avtomobil partnyoru “Hyundai Auto Azerbaijan” tam elektrik IONIQ 5, Sonata Hybrid və Santa Fe Hybrid modelləri, həmçinin i20 modeli ilə marafona xüsusi rəng qatıb, iştirakçıların isə marağına səbəb oldu.

Həmçinin “Hyundai Auto Azerbaijan” şirkətinin korporativ iştirakçıları arasında xüsusi yer qazananlar da oldu. Belə ki, azərbaycanlı marafonçular arasından birinci yeri Elman Abışov, ikinci yeri isə Namiq Əsədov əldə edib. 30-39 yaşlı xanımlar arasından isə Yuliya Belkova ikinci yer ilə təltif olunub.