Saytımız, sizə daha yaxşı, daha sürətli və təhlükəsiz bir təcrübə təqdim etmək üçün istifadəçi
fəaliyyətlərini qeyd etmək və qiymətləndirmək üçün "cookie" texnologiyasından istifadə edir.
"Cookie"-lər kompüterinizin brauzerində sizin seçimlərinizin yaddaşda saxlanılması üçün web server
tərəfindən
yerləşdirilmiş kiçik məlumat sənədləridir.
Bu texnologiya ilə şirkətimiz istifadəçiyə daha yaxşı xidmət göstərmək üçün fərdi istifadəçilər tərəfindən
verilən məlumatları yalnız öz iradələri ilə qeyd edir və istifadə edir.
"Cookie" parametrlərini brauzerinizdən dəyişə bilərsiniz. Lakin "cookie"-ləri bloklamaq bu saytda təklif
olunan bəzi xidmətlərə çatmamağınıza səbəb ola bilər.
Bakıda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Hyundai Run” kütləvi qaçış tədbiri həyata keçirildi.
02.04.2023 tarixində Bakı şəhərində yerləşən Otoplaza Mall Avtomobil Şəhərciyinin ərazisində ulu öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş "Hyundai Run" marafon qaçış tədbiri baş tutdu.
Tədbir Auto Azərbaycan şirkəti və onun sub markaları Hyundai, CarPro-İkinci əl Avto, Toppart Ehtiyat hissələri dükanlar şəbəkəsinin sponsorluğu, E-Gallery multi-brend elektrik və hibrid avtomobillərinin satış mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilati dəstəyi və CBC Sport teleradio yayım şirkətinin media yayım dəstəyi ilə keçirildi. Tədbirdə müxtəlif nominasiyalar və kateqoriyalar üzrə 300 dən çox insan iştirak etdilər. Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətdə sağlam həyat vərdişlərini bir daha nümayiş etdirmək, gənclərdə və yeniyetmələrdə idmana olan marağı artırmaq və nümunəvi həyat tərzini təbliğ etmək idi. Tədbir havanın soyuq və şaxtalı olmasına baxmayaraq anşlaqla keçdi və çox maraqlı anlarla yadda qaldı Tədbirin sponsorlarının və təşkilatçılarının rəsmi nümayəndələrindən alınan məlumata görə bu tipli sosial layihələr artıq bir ənənə şəklinə salınıb və bu il üçün planda daha bir marafon qaçış tədbiri layihəsinin həyata keçiriləcəyi nəzərdə tutulur.
Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütoru, eyni zamanda Car Pro ikinci əl satış mərkəzi, TopPart ehtiyat hissələri şəbəkəsi, E-Gallery elektrik və hibrid avtomobillərinin satış mərkəzi kimi sub brendləri özündə ehtiva edir.
İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət "Hyundai" markasının ölkə üzrə 10 satış və servis mərkəzindən ibarət diler şəbəkəsini formalaşdırıb.