Search
Please input text for search

Zəmanət Siyasəti

Hyundai İstehsalçı Təmir Zəmanəti ilə avtomobilinizi uzun illər təhlükəsiz idarə edə bilərsiniz.

Garanti


İstehsalçı “Hyundai Motor Company”, öz rəsmi distributeri “Auto Azərbaycan” şirkəti yaxud onun rəsmi dilerləri tərəfindən satılan bütün Hyundai minik avtomobillərinə, servis kitabçasında göstərilən istismar və texniki qulluq qaydalarına avtomobilin sahibi tərəfindən ciddi əməl olunması, habelə avtomobilin yol hərəkəti qaydalarının tələblərinə uyğun və müvafiq normativlərə cavab verən avtomobil yollarında, istismar olunması şərti ilə, istehsal və quraşdırma xətası olması aşkar olunduqda zəmanət şərtlərinə uyğun olaraq 5 il / 100.000 km (hansı daha tez bitərsə) və ya 4 il / limitsiz (hansı daha tez bitərsə) zəmanət verir. Zəmanət siyasəti haqqında daha ətraflı məlumat əldə etdiyiniz avtomobilin zəmanət kibaçasında göstərilmişdir.

  • Müxtəlif Detallar Üçün Zəmanət Müddətinin Siyahısı

    1. Mühərrik: *4il limitsiz yürüş / *5 il / 100.000 km 


    2. Sürətlər qutusu: *4il limitsiz yürüş /*5 il / 100.000 km 


    3. Elektron sistem: *4il limitsiz yürüş / *5 il / 100.000 km


    4. Təhlükəsizlik sistemi: *4il limitsiz yürüş / *5 il / 100.000 km


    5. Sükan mexanizmləri (sükan önü istisna): *4il limitsiz yürüş / *5 il / 100.000 km


    6. Əyləc sistemi (əyləc qəlibləri və baraban istisna): *4il limitsiz yürüş / *5 il / 100.000 km


    7. Şüşə təmizləyən silgəclər: *1 il / 20.000 km


    8. Audio sistemi, multimedia sistemi və monitor: * 2il və ya 50.000 km.


    9. İnteryerdə istifadə olunan plastik və dəri materiallar (bax: q-istismardan irəli gələn texniki nasazlıqlar) istisna: *2 il / 50.000 km


    10. Amortizasiya sistemi ön və arxa yarım oxlara verilən zəmanət: *2 il / 50.000 km


    11. Oynaqlar, sırğa və sükan ucluğu: *1 il / 20.000 km


    12. Akkumlyator: *2 il / 40.000 km


    13. Əyləc elementləri (disklər və baraban): *2 il / 40.000 km


    14. Qayışlar: *1 il / 20.000 km


    15. Əyləc yastıqları və qəliblərinin sınması: *1 il / 20.000 km


    16. İlişmə muftası (feredo) *1 il / 20.000 km


    17. Rezin oymaqlar *1 il / 20.000 km

    18. Alışma şamları *1 il / 20.000 km


    19. Filtrlər *1 il / 20.000 km


    20. Lampalar *1 il / 20.000 km


    21. Qoruyucular *1 il / 20.000 km


    22. Təkərlər (cırılma, şişmə, qırılma, daxil olmamaq şərti ilə) *2 il / 5.000 km


    23. Frion qazı (qəza və ya hər hansı bir təmir olmamaq şərti ilə): *1.000 km

  • Gövdə və Lak-boya Örtüyünə Zəmanət

    Hyundai avtomobillərinin gövdə və lak-boya örtüyündə istehsaldan qaynaqlanan qüsurlara 5 il və ya 100.000 km / 4 il və ya limitsiz zəmanət verilir və bu qüsurlar təmir edilərək aradan qaldırılır.

    Qəza nəticəsində təmir olunan avtomobilin lak-boyasında yaranan problemlər rəsmi Hyundai servis mərkəzlərində 2 (iki) ay ərzində bildirilməlidir. Əks təqdirdə servis məsuliyyət daşımır.

    Gövdənin lak-boya örtüyünün zəmanəti aşağıdakılara aid deyildir:

    a. Atmosfer çöküntüləri, kimyəvi maddələr, heyvan və bitkilər, qum, duz, çınqıl dəyməsi və ya təbii fəlakətlər (dolu, daşqın),

    həmçinin digər xarici təsirlərin (qəza ilə bağlı olan və ya olmayan) səbəb olduğu lak-boya örtüyü zədələri;

    b. Avtomobil sahibinin ehtiyatsızlığı nəticəsində nasazlığın aradan qaldırılması üçün vaxtında tədbir görülmədiyindən və ya

    istehsalçı tövsiyələrinə əməl edilməməsi səbəbindən yaranan zədələr.

  • Zəmanətə Daxil Deyil

    1. İstismardan irəli gələn, istehsal xətası olmayan bütün növ texniki nasazlıqlar;


    2. Avtomobilə həddən artıq yük vurulması və yük daşıması nəticəsində yaranmış fəsadlar;


    3. Avtomobildə keyfiyyətsiz yanacağın istifadə olunması nəticəsində yaranmış fəsadlar;


    4. Avtomobildə istehsalçının təsdiq etmədiyi sürtgü və soyuducu maddələrin istifadəsi nəticəsində yaranan nasazlıqlar;


    5. Avtomobildə üzvi və qeyri üzvi turşuların təsirindən irəli gələn nasazlıqlar;


    6. Avtomobilin təzyiqlə yuyulması nəticəsində rəng örtüyündə və ya səthində əmələ gələn müxtəlif növ xətalar;


    7. Avtomobilin saxlama şəraiti ilə bağlı və ya digər xarici təsirlərdən irəli gələn korroziyalar;


    8. Təbii fəlakət (zəlzələ, sel, daşqın, ildırım, qasırğa, dolu yanğın və s.) zamanı və yaxud bu kimi hadisələrin nəticəsində yaranmış nasazlıqlar və xətalar;


    9. Avtomobildə yol qəzası nəticəsində yaranmış nasazlıqlar (paslanma, çürümə, deşilmə, əyilmə, qabarma, çatlama, yeyilmə və s.);


    10. Avtomobildə istehsalçı tərəfindən quraşdırılan ehtiyat hissələrində keyfiyyət qüsuru olmadığı bütün hallar;


    11. Avtomobil qovşaqlarının normal işləməsi zamanı yaranan və avtomobilin əsas funksiyasına təsir etməyən xarakterik səslər;


    12. Avtomobildə yaranan zəif titrəmələr;


    13. Avtomobildə sonradan səs yaranmasına səbəb olan boşalmış elementlərin (oturacaq, qapı və mexaniki hissələrinin boltları və s.) bərkidilməsi;


    14. Avtomobilin istismarı zamanı asfalt örtüyü olmayan nahamar yol şəraitində əmələ gələn, eşidilən müxtəlif xarakterli səs və titrəmələr;


    15. Avtomobilin bütün güzgü və şüşələrində yaranan cızıqlar, o cümlədən tam dağıldıqda, sınma səbəbinin dəqiq müəyyənləşdirilməsi mümkün olmayan hallar;


    16. Avtomobilin interyerində istifadə olunan plastik və dəri materiallarının təbii köhnəlməsi, rəng solması, qat əmələ gəlməsi, sürtünərək aşınması müxtəlif mayelərin dağılması, kimyəvi təmizləmə və ya yük yerləşdirilməsi, boşaldılması və s.) nəticəsində xarab olması, cızılması, deşilməsi və aşınması;


    17. Avtomobilin istismarı zamanı daş və digər yad cisimlərin dəyməsi nəticəsində zədələnməsi;


    18. Avtomobil qeyri-normal şəraitdə istismar edildikdə və ya yarışlarda iştirak etdikdə;


    19. Avtomobilin düzgün olmayan istismarı nəticəsində ilişmə muftasında yaranan nasazlıqlar;


    20. Avtomobilin qəza, maneəyə dəymə və çuxura düşməsi kimi xarici təsirlər nəticəsində baş verə biləcək asqı sistemi, asqı həndəsəsi və amortizator nasazlıqları;

    21. Odometrin göstəricisinin (yürüş qeydiyyatı) geri çəkilməsi;


    22. Avtomobilin təmiri zamanı vaxt və iş itkiləri, müştəri tərəfindən çəkilmiş əlavə xərclər (mehmanxana, telefon, nəqliyyat, yemək və s.);


    23. Rəsmi Hyundai diler şəbəkəsinə aid olmayan servis mərkəzləri tərəfindən hər hansı həyata keçirilmiş təmir, əlavə quraşdırılmalar nəticəsində yaranan fəsadlar;


    24. Bu öhdəliklərdə nəzərdə tutulmamış və zəmanət çərçivəsində rəsmiləşdirilməmiş bütün digər hallar.




  • Avtomobil Sahibinin Məcburi Öhdəlikləri

    a. Yağ filtrinin vaxtında dəyişilməsi;


    b. Mühərrikin yağının vaxtında dəyişilməsi;


    c. Hava filtrinin vaxtında dəyişilməsi;


    d. Yanacaq filtrinin vaxtında dəyişilməsi;


    e. Mühərrik bölməsində yoxlamalar, həmçinin maye səviyyələrinin yoxlanılması;


    f. Avtomobilin asqısının yoxlanılması (əyləc, idarəetmə və s.);


    g. Texniki baxış və diaqnostika;

  • Avtomobil Sahibinin Məcburi Yerinə Yetirməsi Lazım Olan Xidmətlər

    1. Mühərrikin yağının və yağ filtrinin dəyişilməsi; hər 10 000 və ya 12 ay hansı tez bitərsə


    2. Hava filtrinin dəyişilməsi: hər 10 000 km


    3. Yanacaq filtrinin dəyişilməsi (dizel): hər 10 000 km


    4. Yanacaq filtrinin dəyişilməsi (benzin): hər 30 000 km


    5. Salon filtrinin dəyişilməsi: hər 20 000 km


    6. Soyuducu mayenin dəyişilməsi: hər 100 000 km


    7. Əyləc mayesinin dəyişilməsi: hər 100 000 km


    8. Ön və arxa asqı həndəsənin yoxlanılması: hər 30 000 km


    9. Ötürücü qutusunda yağın dəyişilməsi (sürətlər qutusunun yağının dəyişilməsi): hər 80 000 km


    10. Alışma şamlarının dəyişilməsi: hər 30 000 km


    11. Mühərrik çöl qayışlarının dəyişilməsi: hər 60 000 km


    12. Təkərlərin yerdəyişdirilməsi və balansı: hər 30 000 km


    13. Arxa və ön körpünün yağının dəyişilməsi: hər 50 000 km

Contact Us Icon