Hyundai şirkətinin məlumatın istifadəsinə dair şərtləri
Bu saytdan istifadə
Xahiş edirik aşağıda göstərilən şərtləri diqqətlə oxuyasınız, belə ki, Hyundai.az saytından
istifadə sizin bu şərtlərlə razılaşdığınızı bildirir.
Bu saytın dizaynı, şəkilləri, loqoları, fotoları və məzmunu ilə bağlı hüquqlar Hyundai
Şirkətinə
məxsusdur. Onlar müəllif hüquqları, ticarət markaları və digər əqli mülkiyyət hüquqları ilə
qorunur. Siz Hyundai Şirkətinin yazılı razılığı olmadan bu saytın hər hansı bir hissəsini
kopyalaya, təkrar hazırlaya, dəyişə, paylaşdıra, təkrar dərc edə, nümayiş etdirə, yerləşdirə
və
ya ötürə bilməzsiniz.
Öhdəlik
Biz məzmunun tam şəkildə dəqiqliyini təmin etməyə çalışırıq. Belə ki, sizin tərəfinizdən
məzmundan istifadəyə görə hər hansı bir məsuliyyət öz üzərimizə götürmürük. Bu saytın
məzmunundan yalnız məlumat məqsədilə istifadə edilməlidir və siz hər hansı bir qərar qəbul
etmək
(və ya qərar qəbul etməmək) və ya hər hansı bir tədbir görmək (və ya tədbir görməmək) üçün
ona
arxalanmamalısınız. Xüsusən də, bu veb səhifəsində göstərilən avtomobil spesifikasiyaları
Hyundai Şirkətinin Marketinq Şöbəsi tərəfindən saxlanılan ən son mövcud məlumata əsaslanır
və
lazım gəldiyi halda bu məlumat dəyişdirilə bilər. Həmçinin, təkrar hazırlanan rənglər və
işləmələr avtomobillərin öz üzərində olan faktiki rənglərdən fərqlənə bilər. Biz sizə ən
yaxın
olan Hyundai Şirkəti dilerinə gedib avtomobillərə şəxsən baxmağı qəti olaraq tövsiyyə
edirik.
Sayt sizin şəxsi istifadəniz üçün nəzərdə tutulub və hər hansı kommersiya məqsədləri üçün
istifadə edilə bilməz. Nəticə etibarilə, Hyundai şirkəti heç bir halda sizin gəlir
itkiləriniz
ilə bağlı məsuliyyət daşımayacaq.
Hyundai şirkəti sizin bu saytdan istifadə edə bilməməyinizə görə məsuliyyət daşımır. Hyundai
Şirkəti saytın fasiləsiz olaraq xidmət göstərəcəyi və ya saytda xəta baş verməyəcəyi barədə
vəd
vermir. Hyundai Şirkəti bizim nəzarətimiz xaricində olan hər hansı səbəbdən bu saytı sizə
təqdim
edə bilmədiyimiz halda məsuliyyət daşımayacaq.
Məzmun və reklamlar
Bu sayt həmçinin digər internet saytları və resurslarına linkləri və resurslardan məzmunu
təqdim
edir. Hyundai şirkəti bu saytlar və resurslar üzərində nəzarətə malik olmadığından siz
təsdiq
edir və razılaşırsınız ki, Hyundai şirkəti bu xarici saytlar və resurslara dair heç bir
məsuliyyət daşımır və bu saytlar və resurslarda mövcud olan hər hansı məzmun, reklam
məhsulu,
xidmətlər və ya digər materiallar barədə məsuliyyət daşımır.
Hyundai.az saytında sosial plaqinlərdən istifadə
Siz Hyundai.az saytına ilk dəfə daxil olduqda bütün sosial plaqinlər (Facebook, Youtube,
Instagram, Twitter) standart tənzimləmələrlə aktiv olmur. Siz Hyundai.az saytında sosial
şəbəkə
düyməsini tıkladığınız zaman sosial plaqinlər sosial şəbəkələrə giriş parolu və giriş
icazəsi
tələb edir. Siz bu tələbi təsdiq etdiyiniz halda, brauzer və sosial plaqinlər arasında
əlaqə,
seçimləri dəyişərək və ya brauzer cookie –lərini silərək onu deaktiv edənədək aktiv qalır.
Hyundai Şirkəti tərəfindən idarə edilən Facebook səhifələri və sosial plaqinlərdən alınmış
sosial şəbəkə səciyyəli hərəkətlər istifadəçilərin sayt haqqında dəyərləndirmələrini görə
bilmək
üçün, istifadəçilərin Hyundai.az saytı haqqındakı fikirlərini bilmək üçün Hyundai.az
saytında
saxlanıla bilər. Hyundai.az, sosial şəbəkələrdə hər hansı məxfi bir məlumatı saxlamır.
Şərtlərə dəyişikliklərin edilməsi
Hyundai şirkəti istənilən vaxt saytı və ya bu şərtləri dəyişə bilər. Əgər siz, Hyundai
şirkəti
şərtləri dəyişdikdən sonra saytdan istifadə edirsinizsə, yeni şərtlərlə bağlı müvafiq
öhdəlik
daşıyacaqsınız.
Cookie faylları (müştəri sistemində saxlanan identifikasiya faylları) ilə bağlı qaydalar
Media Reklamına (Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası)
əsaslanaraq
biz Google Analytics xüsusiyyətlərini tətbiq etmişik. Siz Media Reklamı üçün Google
Analytics
–dən imtina edə və Reklam tənzimləmələrindən istifadə edərək Google Displey Şəbəkəsi
reklamlarını quraşdıra bilərsiniz. Bundan əlavə, siz Goolge Analytics tərəfindən izlənməni
deaktiv etmək üçün Google Analytics Opt-Out Browser Add-on istifadə edə bilərsiniz. Biz
Google
Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası tərəfindən təmin edilən
məlumatdan
istifadəçilərimizin maraqları çərçivəsində sayt və onun məzmununu qurmaq məqsədilə istifadə
edəcəyik.