Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2023-08-23 12:00:00

Otoplaza Mall avtomobil şəhərciyində tədbir təşkil olundu.





“Auto Azərbaycan” şirkəti tərəfindən 23 Avqust tarixində Babək Prospekti 61c ünvanında yerləşən Otoplaza Mall avtomobil şəhərciyində "Saxta Avtomobil Ehtiyat Hissələrinin Tədarükü və Satışı"-a qarşı mübarizə tədbirləri çərçivəsində tədbir təşkil olundu. 

            

Hyundai-Mobis Korporasiyası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və avtomobil sahəsi üzrə fəal olan bir çox media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində saxta ehtiyat hissələrinə qarşı aparmalı olduğumuz mübarizə ilə bağlı dəyərli məlumatlar təqdim edildi. MOBİS-in mütəxəssisləri tərəfindən saxta və orijinal ehtiyat hissələrini bir-birindən necə fərqləndirə biləcəyimizlə bağlı təqdimat maraqla qarşılandı.


Tədbir daha bir yeniliklə də yadda qalıb. Belə ki, MOBİS korporasiyası tərəfindən saxta ehtiyat hissələrini asanlıqla müəyyənləşdirməyə imkan verən yeni mobil tətbiqin təqdimatı da baş tutub və bu mobil tətbiqin funksionallığı iştirakçıların böyük marağına səbəb olub.


Telefon 989

www.hyundai.az

https://www.facebook.com/HyundaiAzerbaijan

https://www.instagram.com/hyundaiazerbaijan/