- STARIA, Hyundai markasının futuristik və simvolik dizaynla yeni MPV seriyasıdır.
- STARIA, daxili məkanın istifadəsi prioritet hesab edilərək istehlakçı ehtiyaclarındakı son dəyişiklikləri əks etdirən ‘daxildən xaricə’ yanaşması ilə dizayn edilmişdir.
- Eksteryer, aerodinamik siluet, panoramik pəncərələr və saf gövdə həcmi ilə seçilən qüsursuz bir görünüş verir.
- Salondan ilham alan interyer premium üslub və açıqlıq hissi təqdim edir.
- Yüksək səviyyəli model, komplektasiya seçimlərinə uyğun dizayn tövsiyələri və xüsusiyyətləri ilə lüks bir görünüş və hiss bəxş edir.
Həm ailələr, həm də müəssisələr üçün dizayn edilmiş STARIA, səyahətinizi daha uyğun, məhsuldar və faydalı edəcək inkişaf etmiş mobil həllər təklif edir. STARIA eyni zamanda gələcək mibil həllər dövründə Məqsədli Daxili Nəqliyyat Vasitələri (PBV) vasitəsi ilə əldə ediləcək kosmik yeniliyin bir ön görünüşünü təqdim edir.
"Kosmik Gəmini" xatırladan yenilikçi futuristik eksteryer
STARIA'nın eksteryer görünüşü, kosmosdan baxıldığında günəş doğarkən yerin üfüqünü işıqlandıran işıq dairəsindən ilhamlanaraq dizayn edilmişdir. Avtomobil öndən arxaya doğru uzanan maye axıntıya futuristik, saf, aerodinamik bir siluet təqdim edir.
STARIA-nın sadə ön hissəsi üfüqi gündüz hərəkət işıqları (DRL) və birlikdə avtomobilin eni boyunca uzanan işıqlandırma xətti ilə bəzədilmişdir. Bənzərsiz naxışlarla cəsarətli və geniş radiator barmaqlığı dərhal tanınan bir fasad yaradır. Mükəmməl kosmik çağ görünüşü, radiator barmaqlığının hər iki tərəfinə yerləşdirilmiş tənzimlənən fənərlər ilə daha da müəyyənləşir.
Hyundai, avtomobilin müasir və saf tərzini maksimum dərəcədə artırmaq üçün bütün ön hissələr üçün eyni kuzov rəngindən istifadə edir. Alçaldılmış kəmər xətləri və yan tərəfdəki geniş panoramik pəncərələr ümumi görünüşü yaxşılaşdırır və açıqlıq hissi verir. Hanok kimi tanınan ənənəvi Koreya memarlıq üslubundan ilhamlanan bu genişlik hissi sərnişinlərə xarici səhnələrin içəriyə bağlı olduğunu hiss etdirir.
Arxa tərəf sadə və saf bir görünüşə, göz oxşayan şaquli arxa işıqlara və böyük bir arxa pəncərəyə malikdir. Arxa bamper, sərnişinlərin yüklərini asanlıqla yükləməsinə və boşaltmasına kömək etmək üçün endirilib.
STARIA Premium, lüks bir görünüş və hiss təmin etmək üçün eksklüziv dizayn işarələrini əlavə edir. Premium modelin radiator barmaqlığı bənzərsiz bir örgü naxışı ilə dizayn edilmişdir. Kub tipli, tam LED faraların ətrafındakı xrom xətt, həmçinin ön hissədə Hyundai embleminə, təkərlərə, yan güzgülərə və qapı tutacaqlarına tətbiq olunan rəngli xrom avtomobilin inkişaf etmiş və yüksək səviyyəli tərzini vurğulayır. 18 düymlük yüngül lehimli disklər, brilyant naxışları və qrafika ilə modelin premium və müasir görünüşünü vurğulayır.
Yüksək səviyyəli modelin arxa kombinasiya fənərləri, Hyundai-nin bənzərsiz Parametrik Piksel dizaynı və üst hissəsindəki lampa şəklində bəzək ilə tətbiq olunur və əlaqəli bir hiss yaradır.
Müxtəlif funksiyalara sahib premium və rahat interyer
Kruiz gəmisinin salonundan ilham alan STARIA-nın interyeri dəbdəbəli hiss və rahat məkan təqdim edir. Avtomobilin yenilikçi dizayn arxitekturası, aşağı kəmərlər və geniş panoramik pəncərələrlə sərnişinlər üçün geniş, stimullaşdırıcı bir mühit yaradır.
Sürücü mərkəzli kokpit, 10.25 düymlük ön ekran, sensor əsaslı mərkəzi panel və düymə tipli elektron sürətlər qutusu ilə futuristik bir yüksək texnoloji görkəmə malikdir. Rəqəmsal alətlər paneli sürücülər üçün maneəsiz bir görünüş təmin edən panelin üstündə yerləşir.
Başüstü konsolun üstündə, alətlər panelinin altında və mərkəzi panelin üstündə və altında saxlama yeri mövcüddur. Mərkəzi konsol qutusu, həm sürücü, həm də sərnişinlər üçün stəkan altlıqları, USB portları və əlavə saxlama yeri ilə təchiz edilmişdir.
STARIA Premium modeli, sərnişinin hərəkətlilik təcrübəsini dəyişdirəcək müxtəlif əlavə daxili xüsusiyyətlər təqdim edir. 7 oturacaqlı üst səviyəli model premium rahat oturacaqların ikinci cərgəsində bir toxunuşla rahatlama rejiminə malikdir və avtomatik olaraq sərnişinin çəkisini rahat şəkildə paylayan və ümumi bədən tarazlığını yaxşılaşdıran oturacaq, öz mövqeyinə avtomatik uzanır.
9 nəfərlik STARIA Premium, üçüncü sıra sərnişinlərlə üzləşmək üçün 180 dərəcə fırlanan ikinci sıra oturacaqlara malikdir. Bu, sərnişinlərin bir-birinə baxarkən danışa biləcəyi yeni bir hərəkət təcrübəsi təqdim edir.
Bütün STARIA Premium variantlarında mövcud olan 64 rəngli ətraf mühit rejimi lampası müstəsna daxili atmosfer təmin edir. Harmonik birbaşa və dolayı işıqlandırma, premium hissə əlavə etmək üçün kokpit, döşəmə konsolu, qapı və baqaj trimlərində tətbiq oluna bilər.
Qeyd edək ki, STARIA Hyundai markasının "daxildən xaricə" dizayn yanaşması ilə dizayn edilmiş ilk kütləvi istehsal olunan nəqliyyat vasitəsidir. Modelin özünəməxsus dizaynı və yenilikçi xüsusiyyətləri ilə müştərilərinə tamamilə yeni bir təcrübə və dəyər təqdim edəcəyi görünür.
Avtomobil müxtəlif ehtiyacları ödəmək üçün çoxsaylı variantlarda və oturma konfiqurasiyalarında mövcuddur.
STARIA, iki oturacaqdan 11 oturacağa qədər bir sıra oturacaq tənzimləmələri təklif edir ki, u da həm ailələr, həm də iş istifadəsi üçün əlverişlidir. Yüksək səviyyəli bir variant olan STARIA Premium, 7, 9 və 11 nəfərlik konfiqurasiyalarda müstəsna dizayn ipuçları və interyerdə xüsusi üstünlüklərlə təqdim olunur.
STARIA Digital Dünya Premyerası
Hyundai, rəsmi olaraq 2021-ci ilin ilk yarısında rəqəmsal dünya premyerası ilə STARIA modelini bazara çıxaracaqdır. Dünya premyerası haqqında daha geniş məlumat yaxın zamanda açıqlanacaqdır.
Hyundai Motor Company haqqında
1967-ci ildə təsis edilmiş “Hyundai Motor Company” şirkəti etibarlı avtomobil partnyoru olmağı özünə vəzifə təyin etmişdir.
'İnsanlıq üçün Tərəqqi' marka vizionuna əsaslanan “Hyundai Motor Company”, İntellektual Mobil Həllər Təminatçısına çevrilmə yolunda sürətlə irəliləməkdədir.
Şirkət, robot və Urban Air Mobility (UAM) kimi qabaqcıl texnologiyalara inqilabi mobil həlləri gətirmək üçün investisiya qoyur, eyni zamanda gələcək mobillik xidmətlərini təqdim etmək üçün açıq yeniliklər həyata keçirir.
Ümumilikdə 120 000-dən çox peşəkar işçi heyəti ilə “Hyundai Motor Company” dünya üçün davamlı bir gələcəyin axtarındadır. Şirkət, müxtəlif bazarlar üçün nəzərdə tutulmuş fərqli məhsulları, həmçinin sənayenin qabaqcıl hidrogen yanacaq enerjisi və EV texnologiyaları ilə təchiz olunmuş sıfır emissiya nəqliyyat vasitələri ilə daima öz model sırasını genişləndirir və təkmilləşdirir.
Hyundai Azərbaycan haqqında
“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. 25 il ərzində 55 000-dən artıq şəxs Hyundai avtomobilləri alıb. Ölkə ərazisində Hyundai markasının 11 satış və servis mərkəzi fəaliyyət göstərir. Rəsmi dilerlərdə bütün model sırası təmsil olunur. Müasir diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində isə qısa müddətdə avtomobilə keyfiyyətli baxış, kamera vasitəsilə qeydə alınan zəmanətli təmir işləri həyata keçirilir. Hyundai markasını Azərbaycanda təqdim edən “Auto Azerbaijan” şirkəti yüksək təcrübə və biliyə malik, istehsalçı tərəfindən təlimlər keçən peşəkar məsləhətçi və xidmət personalı ilə ölkənin ən qabaqcıl biznes qurumlarından biridir.