Müştərilərə Vədimiz
Hyundai olaraq müştərilərimizə ən yaxşı Satış Sonrası Xidmət təqdim etmək üçün bütün səylərimizi ortaya qoyuruq. Müştəri
yönümlü xidmət üçün səmimi öhdəliyimiz 'Hyundai Müştərilərə Vədimiz' bölümündə yazılmışdır. Hər müştərini hər zaman
dəyərli bir sürücü hesab edirik və mükəmməl xidmətlər təklif edərək müştərilərimizi razı salmağa çalışırıq.
Budur dəyərli Hyundai müştəriləri üçün sözümüz.
Bütün müştərilərimiz bizim üçün dəyərlidir. Biz söz veririk ki:

Sizi diqqətlə dinləyəcək və nə istədiyinizi yaxşı öyrənəcəyik

Təmiz, təhlükəsiz və səmimi mühit yaradacağıq

Sizinlə dəqiq vaxt müəyyənləşdirəcək və sizi gecikdirməyəcəyik

Servis mərkəzimizdə sizi xoş qarşılayacaq və yüksək peşəkarlıqla xidmət edəcəyik

Görüləcək işin müddətini və qiymətini sizə dəqiqliklə bildirəcəyik

Əlavə hər hansı iş görülmə zərurəti yaranarsa, bu barədə öncədən sizi məlumatlandırıb bu işin görülməsi üçün müvafiq təsdiqinizi alacağıq;

Görülən bütün işlər barəsində ətraflı məlumat verəcək və xərcləri dəqiq göstərəcəyik

Avtomobilinizi təmirdən sonra, səliqəli və vaxtında təhvil verəcəyik