Online showroom

Online showroom

Qiymət təklifi istə

Qiymət təklifi istə

Kredit kalkulyatoru

Kredit kalkulyatoru

Dillerlər

Dillerlər

Əlaqə

Əlaqə

Auto Azerbaijan

"Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

Müştəri Məmnuniyyəti

İdxalına başladığı dönəmdən bugünə qədər şirkət 50.000-dən artıq şəxsə "Hyundai" model sırasına aid avtomobillər satmaqla yanaşı onlara yüksək səviyyəli servis xidməti göstərib, həmçinin orijinal və zəmanətli ehtiyat hissələri ilə təchizatını da həyata keçirib. Mövcud olduğu illər ərzində çox böyük təcrübə qazanan, müştəri yönümlü siyasəti ilə seçilən "Auto Azərbaycan" şirkəti hər zaman avtomobil sahəsində etdiyi yeniliklərlə daim müştərilərinin diqqət mərkəzində qalmağı bacarır. Bu nailiyyət isə şirkətin hər an müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi qarşısına başlıca vəzifə kimi qoymasının məntiqi nəticəsidir. Müştəri məmnuniyyəti "Auto Azərbaycan"ın bir biznes vahidi olaraq bazarda varlığını sürdürməsi üçün ehtiyac duyduğu ən önəmli faktor, ən prioritet məsələdir. Müştərilərin tələblərinə cavab verən keyfiyyətli avtomobillər və münasib satış şərtləri, beynəlxalq standartlara uyğun salon və diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində xidmət göstərən peşəkar heyətin formalaşdırılması üçün müntəzəm təlimlərin keçirilməsi, mütəmadi həyata keçirilən satış və servis kampaniyaları, müxtəlif aksiyalar və s. bu kimi fəaliyyətlərin sonunda şirkəti əldə olunması düşündürən tək bir hədəf varsa, o da məhz müştəri məmnuniyyətidir.
Müştəri Məmnuniyyəti

Korporativ Sosial Məsuliyyət Layihələri

"Auto Azərbaycan" şirkətinin fəaliyyəti təkcə bizneslə məhdudlaşmır. Mövcud olduğu cəmiyyətin bir hissəsi olmaqla onun gələcək inkişafı üçün məsuliyyət daşıdığını dərk edən şirkət yalnız öz müştərilərini və biznes maraqlarını düşünmür, ümumilikdə hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemlərin bir hissəsini aradan qaldırmaq üçün hər zaman səmərəli addımlar atır. Bunun ən bariz nümunəsi şirkətin həm birbaşa özünün təşəbbüskarı olduğu yolda hərəkət təhlükəsizliyi, ətraf mühitin və ekologiyanın mühafizəsi, idmanın və sağlam həyat tərzinin təbliği kimi istiqamətlər üzrə korporativ sosial məsuliyyət xarakterli layihələrin həyata keçirilməsi, həm də bu yönümlü layihələrə daim öz dəstəyini əsirgəməməsidir.
Korporativ Sosial Məsuliyyət Layihələri
2010-cu ildən Azərbaycanda keçirilən, “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım”, “Yaşıl ofis”, “Zolağı pozma”, “Ağıllı Bala” yayımları ilə birlikdə hazırladığı uşaqlar üçün “Yol Hərəkəti Qaydaları” məlumat kitabçası və s. müxtəlif korporativ sosial məsuliyyət layihələrini özündə birləşdirən “Hyundai Azərbaycan”-ın “Gələcəyimiz üçün əl-ələ layihəsi “Hyundai”-in beynəlxalq miqyasda həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramının bir hissəsidir. "Auto Azərbaycan" bir şirkət olaraq bugünə kimi qazandığı biznes uğurları ilə Azərbaycan iqtisadiyyatına dəyər qatması və ölkənin ən mühüm sərvəti olan insan kapitalına dəyər verməsi ilə hər zaman qürur duyur!
Parlaq Gelecek Namine Qac - 2022

Parlaq Gelecek Namine Qac - 2022

"Hyundai Azərbaycan" Sirab və Azərsun Holdinqin “Coffee'NJoy” və Berqa brendlərinin sponsorluğu, "CBC SPORT"un media dəstəyi, "Azərbaycan Atletika Federasiyası"nın təşkilatçılığı və "Baku Marathon Club"un təşkilati dəstəyi ilə "Parlaq Gələcək Naminə Qaç" marafonunu həyata keçirdi.

Hamısını oxu
"Hyundai Run" Kütləvi Qaçış Tədbiri

"Hyundai Run" Kütləvi Qaçış Tədbiri

İstənilən rəy, təklif və ya sualınız üçün müştəri nümayəndələrimizlə əlaqə saxlayın.
Əlaqə