Hava Filtri
Mühərrikin hava filtri tozu və havadakı digər yad hissəcikləri təmizləyir və hava daxilolması zamanı səs-küyü azaldır.

Funksiya və Mexanizm
Mühərrikin işləməsi üçün dəqiq ölçüdə yanacaq və hava axınına ehtiyacı vardır. Hava axını- sistemə ilkin olaraq hava filtri vasitəsilə daxil olur. Filtr havadakı toz və digər yad hissəcikləri qarşısını alaraq mühərrikin zədələnməsi ehtimalının qarşısını alır.

Hava Filtri
Hava filtrinin keyfiyyəti barədə sadəcə görünüşünə görə mühakimə yürütmək olmaz. Yalnız orijinal Hyundai hava filtri xüsusi olaraq Hyundai avtomobiliniz üçün layihələndirilmiş və istehsal edilmişdir; avtomobili saz vəziyyətdə idarə etmək üçün həmişə orijinal Hyundai hava filtrini soruşun.