Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

Qışa Hazırlıq Servis Kampaniyası Başladı!





Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distributoru “Auto Azerbaijan” şirkəti “Qışa hazırlıq” servis kampaniyasına start verdi.

Belə ki, dekabr ayının 30 -dək bütün Hyundai sahibləri rəsmi servis mərkəzlərinə ziyarət zamanı aşağıda qeyd olunan endirimlərdən faydalana biləcək.

İşçilik haqqına 20% endirim,

Ehtiyat hissələrinə isə 10% endirim,

Razval-balans işlərinə 50% endirim.


Uzun müddət rəsmi servisin üstünlüklərindən faydalana bilməyən zəmanətsiz Hyundai avtomobil sahibləri üçün əla fürsətdir. Qışda yolda qalmamaq üçün bu fürsətdən istifadə edərək avtomobilinizi yoxlatdıra və baş verə biləcək nasazlıqları aradan qaldıra bilərsiniz.


Qeyd edək ki, orijinal ehtiyat hissələri qiymətlərinin büdcəsinə uyğun gəlmədiyini düşünən Hyundai sahibləri üçün Hyundai Azərbaycan Zəmanət müddəti bitmiş Hyundai avtomobil sahiblərinə, orijinal ehtiyat hissələrinin keyfiyyətli alternativi olan PL2 ehtiyat hissələrini təklif edir.


Qışa arxayın başlayın!

Daha ətraflı məlumat üçün telefon- 989.

www.hyundai.az

https://www.facebook.com/HyundaiAzerbaijan

https://www.instagram.com/hyundaiazerbaijan/


 “Hyundai Azərbaycan” haqqında

“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. Ölkəmizdə ilk avtomobil dilerlər şəbəsi olaraq fəaliyyətə başlayan “Hyundai Azərbaycan” hal hazırda 74000 -dən çox müştəri portfelinə sahibdir. İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət, "Hyundai" markasının ölkə üzrə 10 satış və servis mərkəzindən ibarət dilerlər şəbəkəsini formalaşdıraraq avtomobil sektorunda ən geniş xidmət şəbəkəsinə sahibdir.