Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2023-08-16 12:00:00

Otoplaza Mall avtomobil şəhərciyində maarifləndirici tədbir təşkil olunacaq.





Daim avtomobil sektorunda öz innovativ yanaşmaları və fərqli baxış tərzi ilə öndə olan “Auto Azərbaycan” şirkəti tərəfindən 23 Avqust tarixində Babək Prospekti 61c ünvanında yerləşən Otoplaza Mall avtomobil şəhərciyində "Saxta Avtomobil Ehtiyat Hissələrinin Tədarükü və Satışı"-a qarşı mübarizə tədbirləri çərçivəsində Hyundai-Mobis Korporasiyası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və avtomobil sahəsi üzrə fəal olan bir çox media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunacaqdır.

            

Tədbir çərçivəsində saxta ehtiyat hissələri ilə niyə və hansı şəkildə mübarizə aparmalı olduğumuz ilə bağlı ətraflı məlumat təqdim ediləcəkdir. Daha sonra, tədbirin gedişatında saxta və orijinal ehtiyat hissələrini bir-birindən necə fərqləndirə biləcəyimizlə bağlı təqdimat MOBİS-in mütəxəssisləri tərəfindən tədbir iştirakçılarına nəql ediləcəkdir. Eyni zamanda- tədbir iştirakçılarını daha bir yenilik gözləyir- MOBİS korporasiyası tərəfindən saxta ehtiyat hissələrini müəyyənləşdirən yeni bir mobil tətbiqin təqdimatı da gözlənilir.


Saxta ehtiyat hissələrinin idxalının qarşısını almaq çox vacibdir- “Auto Azərbaycan” şirkəti bu məsələdə dövlət qurumlarının qoruduğu çərçivədə öz fəaliyyət istiqamətini genişləndirəcəkdir.


Ünvan:

Babək prospekti 61 C

Otoplaza Mall Avtomobil Mərkəzi.

Əlaqə nömrəsi: 989