Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2023-06-04 09:00:00

IONIQ 5 modeli elektrik avtomobillərin yürüşündə!





3 iyun tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elektrik avtomobillərin yürüşü keçirildi. 


Azərbaycan avtomobil dilerləri assosiasiyasının (AADA) təşkilatçılığı ilə ən yeni elektromobillərdən ibarət «karvan» Heydər Əliyev Mərkəzindən Qobustan dövlət tarixi-bədii qoruğu marşrutu ilə hərəkət edərək yürüş keçirmişdir. Yürüşün məqsədi ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təbliği, ən yeni elektrikli avtomobil modellərinin nümayişi, ətraf mühitin qorunması və gənclərdə müasir texnologiyalara marağın artırılmasıdır. Həmin yürüşdə tam elektrikli Hyundai modeli olan IONIQ 5-də həmin «karvan»a qatılmış və  insanlar tərəfindən böyük marağa səbəb olmuşdur.