Left side front view of red veloster on the road

Tam Yeni
Hyundai VELOSTER

Həyat bir səhnədir

Özəlliklər

Həyatın dadını çıxar

Hyundai Veloster ilk baxışdan diqqət çəkən və sahibini fərqləndirməyi bacaran unikal avtomobildir.
Left side view of red veloster with open the door

Uğurlu innovasiyalar

Yeni Veloster yenidən dizayn olunmuş kompleks interyer və eksteryer, təkmilləşdirilmiş transmissiya, yeni çoxsaylı əyləncə və kommunikasiya vasitələri təklif edir.

Dizayn

Universal idman kupesi

Arxa oturacaqlara asan daxil olmaq üçün "iki+bir" asimmetrik konfiqurasiyalı əlavə arxa yan qapı.
Quarter view of red veloster with open the door
Right side view of silver veloster in front of house

Proporsiyaların və həcmin böyüməsi (genişlənməsi)

Avtomobilin yeni forması hətta yerində duranda belə dinamik performansa fokuslanıb. Daha iri "qanadlar" və təkər tağları ilə onun mövqeyi daha oturuşmuş xarici görünüşlə yadda qalır.
LED headlamps

LED əsas fənərlər

LED işıq diodları ilə təchiz olunmuş fənərlər gur, dəqiq işıq şüası ilə irəlidəki yolu işıqlandırır.
Dynamic rear design

Dinamik arxa dizayn

Fərqli şüşə lyuk və işlənmiş qazların xaric olunması üçün iki mərkəzi xrom qaz borusu.
Closer view of front interior

Maksimum əyləncəni ifadə etmək üçün dizayn olunub.

Asimmetrik dizayn interyerə də sirayət edib: sürücünün daxili yönəlməsi və idarəetmə kabinini ayıran Turbo Ultimate işıq ayrıntısı ilə.

Performans

Turbo dinamik idman modeli

Veloster Turbos McPherson ön asqısı ilə slindrik yaylarla, qaz amortizatorları və 24 mm ölçülü stabilizatorla təchi olunub. Arxa asqı isə yüngül müstəqil multi-link olmaqla kuzovu idarə etmək üçün 19 mm ölçülü stabilizatordan ibarətdir. Arxa asqıda komfortlu yürüş və əla idarəetmə üçün qazburaxmayan amortizatorlardan istifadə olunmuşdur. Veloster elektriklə tənzimlənən sükan çarxı ilə təchiz olunub. Bu isə yanacağa adi sükan çarxından daha qənaətcil olub dəyişkən yol şəraitində idarəetməni tənzimləməyə imkan verir. Avtomobil altı pilləli mexaniki sürət qutusu (transmissiya) və 18 düymlük yüngül lehimli disk və Michelin® Pilot Sport 4 yay şinləri ilə təmin olunub.
Right side front view of blue veloster driving on the road
Gamma 1.6 liter turbocharged engine

Gamma 1.6 litr turbo gücləndirilmiş mühərrik

1,6 litr həcmli turbo gücləndirilmiş dörd taktlı birbaşa püskürtmə mühərriki 6000 dövr / dəqiqə ilə 201 a.g. və 1500-500 dövr / dəqiqə ilə 27,0 kq.m fırlanma anı hasil edir. Bundan başqa, maksimum sürətlənmə zamanı maksimum fırlanma anını 28 kq.m həddinə çatdıran yüklənmə funksiyası da mövcuddur. Veloster Turbo standart 6 pilləli mexaniki sürət qutusu (transmissiya) və ya ikiqat təmaslı (DCT) 7 pilləli avtomatik sürət qutusu ilə təmin olunub. Bundan başqa, Veloster Turbo sorma və qaz xaricolmasının səsini kabinədə hiss etdirən, bununla da daha emosional idman yürüşü effektini artıran aktiv səs dizaynına malikdir.
Nu 2.0 liter engine

NU 2.0 L HƏCMLİ MÜHƏRRİK

Veloster-in 2.0 l həcmli 4 slindirli mühərrikində yanacaq sərfiyyatını daha effektiv etmək və ətraf mühitə tullantının miqdarını azaltmaq üçün Atkinson tsiklindən istifadə edilir. 2.0 l həcmli mühərrik mexaniki transmissiya ilə 6200 rpm fırlanma anında maksimum 147 at gücü, və 4500 rpm fırlanma anında 18.3 kq.m torq hasil edir. 2.0 l həcmli mühərrik 6 pilləli mexaniki transmissiya və ya 6 pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Sürücünün seçimindən asılı olaraq üç idarəetmə rejimi təklif olunur: normal, sport(idman) və smart (ağıllı).

Təhlükəsizlik

Təkmilləşdirilmiş standart təhlükəsizlik

Veloster qabaqcıl aktiv təhlükəsizlik xüsusiyyətləri təklif edir
Forward Collision-Avoidance Assist

Ön Qəzadan Qorunma Yardımçısı (ÖQQY)

Sistem kamera sensorlarından istifadə edərək üç mərhələdə çalışır. Öncə sensorlar sürücüyə vizual və səsli xəbərdarlıq edirlər. İkinci mərhələdə sistem qəza riskinin səviyyəsinə uyğun olaraq əyləcləri yoxlayır. Üçüncü mərhələdə isə qəzanın qarşısını almaq və yaxud qəza qarşısıalınmazdırsa, zədəni minimuma endirmək üçün sistem əyləc gücünü maksimuma çatdırır.
Electronic Stability Control

Stabilliyə Elektron Nəzarət (SEN)

Sükan fırlanmasını təkərlərin fırlanması ilə nisbətdə müşahidə edən SEN qəfil tormozlanma zamanı mühərrik, əyləc sistemi və sükan idarəetməsinə yardım edərək sürüşmənin qarşısını alır.
Rear Cross-Traffic Collison Warning

Çarpaz Hərəkət zamanı Arxa Qəza Xəbərdarlığı (ÇHAQX)

Dar parklanma yerinə girən zaman sistem arxa qəza riskinin qarşısını alır. Arxada 2 radiolokasiya sensorundan istifadə etməklə o, çarpaz yol hərəkətində istənilən yaxınlaşmaqda olan obyekt barəsində sizi xəbərdar edir.
High Beam Assist

Uzaq İşıq Yardımçısı (UİY)

Daha yüksək təhlükəsizlik və daha az stress. Yüksək dəqiqliyə malik yardımçı gecə vaxtı eyni zolaqda qarşıdan gələn nəqliyyat vasitəsini aşkar edir və avtomatik olaraq uzaq işığı yaxın işığa keçirir.

Rahatlıq

Heads-up Ekran

Heads-Up Ekran sistemi alətlər panelinin arxasında şüşədə şəffaf ekran olaraq virtual görüntü verməklə sürücünün gözünü yoldan çəkmədən məlumatlarla tanış olmasına imkan verir.
Right side front view of blue veloster driving on the road
7" & 8" touch screen display

7 və 8 düymlük sensor ekranlar

Asan çalışan və mükəmməl görüntü təqdim edən 8 düymlük sensor ekran ilə daha üstün bağlantıya sahib olduğunuzu hiss edin.
Smartphone wireless charging

Smartfonun enerji ilə naqilsiz yüklənməsi

Cihazı enerji ilə yükləmək üçün uyğun smartfonu mərkəzi konsolun saxlancında yerləşən interfeysə yerləşdirin və naqilsiz enerji yüklənməsindən faydalanın.

2019 VELOSTER N : N MODELİNDƏN YENİ VƏ YÜKSƏK PERFORMANS

blue and red veloster N cars
Hyundai 2018-ci ildə Şimali Amerika beynəlxalq avtosalonunda özünün yeni və yüksək performansa malik Veloster N modelini təqdim etdi. Hyundai N Veloster üçün əla platforma tətbiq edir. Bu zaman ən tələbkar avtomobil entuziastlarının tələblərinə cavab verəcək yüksək performansı da yüksək tutur.

Gallery

KOMPLEKTASİYA

Şəkillərdə göstərilən avtomobillərin rəngləri reallıqla fərqlənə bilər.
Auto Azərbaycan şirkəti əvvəlcədən heç bir xəbədarlıq etmədən avtomobillərin satış şərtlərinə, qiymət və komplektasiyalarına, o cümlədən texniki xüsusiyyətlərinə, kampaniyalara dəyişiklik etmək ixtiyarına sahibdir.
Təklif istə
Əlaqə
formu

Əlaqə formu

Hyundai şirkətinin məlumatın istifadəsinə dair şərtləri

Bu saytdan istifadə

 

Xahiş edirik aşağıda göstərilən şərtləri diqqətlə oxuyasınız, belə ki, Hyundai.az saytından istifadə sizin bu şərtlərlə razılaşdığınızı bildirir.

Bu saytın dizaynı, şəkilləri, loqoları, fotoları və məzmunu ilə bağlı hüquqlar Hyundai Şirkətinə məxsusdur. Onlar müəllif hüquqları, ticarət markaları və digər əqli mülkiyyət hüquqları ilə qorunur. Siz Hyundai Şirkətinin yazılı razılığı olmadan bu saytın hər hansı bir hissəsini kopyalaya, təkrar hazırlaya, dəyişə, paylaşdıra, təkrar dərc edə, nümayiş etdirə, yerləşdirə və ya ötürə bilməzsiniz.

 

Öhdəlik

Biz məzmunun tam şəkildə dəqiqliyini təmin etməyə çalışırıq. Belə ki, sizin tərəfinizdən məzmundan istifadəyə görə hər hansı bir məsuliyyət öz üzərimizə götürmürük. Bu saytın məzmunundan yalnız məlumat məqsədilə istifadə edilməlidir və siz hər hansı bir qərar qəbul etmək (və ya qərar qəbul etməmək) və ya hər hansı bir tədbir görmək (və ya tədbir görməmək) üçün ona arxalanmamalısınız. Xüsusən də, bu veb səhifəsində göstərilən avtomobil spesifikasiyaları Hyundai Şirkətinin Marketinq Şöbəsi tərəfindən saxlanılan ən son mövcud məlumata əsaslanır və lazım gəldiyi halda bu məlumat dəyişdirilə bilər. Həmçinin, təkrar hazırlanan rənglər və işləmələr avtomobillərin öz üzərində olan faktiki rənglərdən fərqlənə bilər. Biz sizə ən yaxın olan Hyundai Şirkəti dilerinə gedib avtomobillərə şəxsən baxmağı qəti olaraq tövsiyyə edirik.

Sayt sizin şəxsi istifadəniz üçün nəzərdə tutulub və hər hansı kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Nəticə etibarilə, Hyundai şirkəti heç bir halda sizin gəlir itkiləriniz ilə bağlı məsuliyyət daşımayacaq.

Hyundai şirkəti sizin bu saytdan istifadə edə bilməməyinizə görə məsuliyyət daşımır. Hyundai Şirkəti saytın fasiləsiz olaraq xidmət göstərəcəyi və ya saytda xəta baş verməyəcəyi barədə vəd vermir. Hyundai Şirkəti bizim nəzarətimiz xaricində olan hər hansı səbəbdən bu saytı sizə təqdim edə bilmədiyimiz halda məsuliyyət daşımayacaq.

 

Məzmun və reklamlar

Bu sayt həmçinin digər internet saytları və resurslarına linkləri və resurslardan məzmunu təqdim edir. Hyundai şirkəti bu saytlar və resurslar üzərində nəzarətə malik olmadığından siz təsdiq edir və razılaşırsınız ki, Hyundai şirkəti bu xarici saytlar və resurslara dair heç bir məsuliyyət daşımır və bu saytlar və resurslarda mövcud olan hər hansı məzmun, reklam məhsulu, xidmətlər və ya digər materiallar barədə məsuliyyət daşımır.

 

Hyundai.az saytında sosial plaqinlərdən istifadə

Siz Hyundai.az saytına ilk dəfə daxil olduqda bütün sosial plaqinlər (Facebook, Youtube, Instagram, Twitter) standart tənzimləmələrlə aktiv olmur. Siz  Hyundai.az saytında sosial şəbəkə düyməsini tıkladığınız zaman sosial plaqinlər sosial şəbəkələrə giriş parolu və giriş icazəsi tələb edir. Siz bu tələbi təsdiq etdiyiniz halda, brauzer və sosial plaqinlər arasında əlaqə, seçimləri dəyişərək və ya brauzer cookie –lərini silərək onu deaktiv edənədək aktiv qalır.

Hyundai Şirkəti tərəfindən idarə edilən Facebook səhifələri və sosial plaqinlərdən alınmış sosial şəbəkə səciyyəli hərəkətlər istifadəçilərin sayt haqqında dəyərləndirmələrini görə bilmək üçün, istifadəçilərin Hyundai.az saytı haqqındakı fikirlərini bilmək üçün Hyundai.az saytında saxlanıla bilər. Hyundai.az, sosial şəbəkələrdə hər hansı məxfi bir məlumatı saxlamır.

 

Şərtlərə dəyişikliklərin edilməsi

Hyundai şirkəti istənilən vaxt saytı və ya bu şərtləri dəyişə bilər. Əgər siz, Hyundai şirkəti şərtləri dəyişdikdən sonra saytdan istifadə edirsinizsə, yeni şərtlərlə bağlı müvafiq öhdəlik daşıyacaqsınız.

 

Cookie faylları (müştəri sistemində saxlanan identifikasiya faylları) ilə bağlı qaydalar

Media Reklamına (Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası) əsaslanaraq biz Google Analytics xüsusiyyətlərini tətbiq etmişik. Siz Media Reklamı üçün Google Analytics –dən imtina edə və Reklam tənzimləmələrindən istifadə edərək Google Displey Şəbəkəsi reklamlarını quraşdıra bilərsiniz. Bundan əlavə, siz Goolge Analytics tərəfindən izlənməni deaktiv etmək üçün Google Analytics Opt-Out Browser Add-on istifadə edə bilərsiniz. Biz Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası tərəfindən  təmin edilən məlumatdan istifadəçilərimizin maraqları çərçivəsində sayt və onun məzmununu qurmaq məqsədilə istifadə edəcəyik.