Super Aero City
Dizayn

Eksteryer

image of super aero city rear diagonal view

Arxa bort paneli

Yeni əlavə olunmuş arxa bort forması güclü görünüşü vurğulayır. Arxa künc bamperinin yeni dəyişdirilmiş materialı və rəngi gözəlliyi və davamlılığı artırır.
image of super aero city wiper blade

Şüşətəmizləyən

Şüşətəmizləyən,əvvəlkinə nisbətən indi daha uzundur. 600 mm uzunluğunda olan şüşəsilən pis hava şəraitində mükəmməl görünüşü təmin edir.
image of super aero city corner bumper

Künc bamper

Super Aero City, künc bamperinin materialını və rəngini dəyişməklə daha səliqəli və yaraşıqlı forma əldə etmişdir.
image of super aero city side windows

Gözəl pəncərə

Gözəl avtobus tipli pəncərə, ekteryer formasını vurğulayır və davamılığı artırır.
image of super aero city mid door

Orta qapı

Orta qapının 1100 mm qədər enləndirilməsi sərnişinlərin tez və rahat hərəkətini təmin edir.
image of super aero city head lamp

Yaraşıqlı ön fənərlər

Şaquli tip ön fənərlər, güclü fənər işığı kimi təhlükəsiz sürüşə kömək edir.

İnteryer

image of super aero city passenger seat layout

Cəlbedici yerli ictimai nəqliyyat üçün komfort və təhlükəsizlik

Yeni Super Aero City yalnız bayırdan baxdıqa cəlbedici deyildir. Onun interyeri də çox cəzb edici və bir çox üstünlüklərə malikdir. Super Aero City, isitmə, hava kondisiyalaşdırması və ventilyasiya sistemləri avtobusun içərisində müntəzəm olaraq yaxşı hava və oturacaqlar və keçid yerləri üçün geniş məkan təqdim edir. Bundan başqa, erqonomik şəkildə yerləşdirilmiş oturacaqlar və tutacaqlar bütün sərnişinlər üçün təhlükəsiz şəhər nəqliyyatını təmin edir.
image of super aero city power steering wheel

Gücləndiricili sükan

Sürüş sürəti və şəraiti üçün müvafiq manevrlər, yorulmadan sürüş üçün yol açır.
image of super aero city handrails around driver seat

Sürücü tərəfdə olan dayaq boruları

Dövrələnmiş dayaq boruları təkcə sürücünün müdafiəsini təmin etmir, həm də ayaq üstə duran sərnişinlərə komfort verir.
image of super aero city metallic gear knob

Ötürücü mexanizm qutusu qulpunun tutacağı

Ötürücü mexanizm qutusu qulpunun metalika rəngli tutacağı xoş hiss bəxş edərək istifadə edənlərə rahatlıq bəxş edir.
image of super aero city heating unit under passenger seat

Qızdırıcı qurğu

Daxildə qoyulmuş qızdırıcı qurğu soyuq havalarda sərnişinlərə öz evini xatırladacaqdır.
image of super aero city electric ventilator

Elektrik ventilyatoru

Tavana quraşdırılmış elektrik ventilyatoru sərnişinin arzuladığı istənilən vaxt təmiz hava verir.
image of super aero city general ventilator

Təbii tipli ventilyator

Əllə idarə olunan tavan lyuku sərnişin bölməsinin havasını dəyişir ki, bu da sərnişinlərə avtomobildən kənardakı təmiz havadan asanlıqla həzz almaq imkanı verir.
image of super aero city stereo system

Audio sistem

M200B audio sistem daha xoş səyahət üçün yeni super Aero City-nin daxili akustikası ilə birləşir.
image of super aero city driver seat with air suspension

Pnevmatik qaldırıcılı oturacaq

Fakultativ olaraq təklif olunan pnevmatik qaldırıcılı oturacaq hətta uzun məsafəli sürüşlər zamanı da sürücüyə daha az yorulmaqla daha rahat idarəetmə imkanı verir.
image of super aero city hand strap

Dəyirmi tipli qayış tutacaq

Yeni layihəli qayış tutacaqlar hətta ayaq üstə duran sərnişinlər üçün də komfortu təmin edir.
image of super aero city call buzzer

Zəng siqnalı

Zəng siqnalı rahat yerləşdirilmişdir və asanlıqla əl çatandır.
image of super aero city air-conditioning louver

Başüstü ventilyator

Tənzimlənə bilən hava kondisiyalaşdırma qapaqları kombinə edilmiş isitmə sistemi ilə xoş iqlim nəzarətinə kömək edir.
image of super aero city driver overhead box

Sürücünün başüstü qutusu

Səfər zamanı sərnişinlərə kiçik əşyaları saxlamağı təmin edən tavan tərəfdə balaca qutu vardır.

Təklif istə
Əlaqə
formu

Əlaqə formu

Hyundai şirkətinin məlumatın istifadəsinə dair şərtləri

Bu saytdan istifadə

 

Xahiş edirik aşağıda göstərilən şərtləri diqqətlə oxuyasınız, belə ki, Hyundai.az saytından istifadə sizin bu şərtlərlə razılaşdığınızı bildirir.

Bu saytın dizaynı, şəkilləri, loqoları, fotoları və məzmunu ilə bağlı hüquqlar Hyundai Şirkətinə məxsusdur. Onlar müəllif hüquqları, ticarət markaları və digər əqli mülkiyyət hüquqları ilə qorunur. Siz Hyundai Şirkətinin yazılı razılığı olmadan bu saytın hər hansı bir hissəsini kopyalaya, təkrar hazırlaya, dəyişə, paylaşdıra, təkrar dərc edə, nümayiş etdirə, yerləşdirə və ya ötürə bilməzsiniz.

 

Öhdəlik

Biz məzmunun tam şəkildə dəqiqliyini təmin etməyə çalışırıq. Belə ki, sizin tərəfinizdən məzmundan istifadəyə görə hər hansı bir məsuliyyət öz üzərimizə götürmürük. Bu saytın məzmunundan yalnız məlumat məqsədilə istifadə edilməlidir və siz hər hansı bir qərar qəbul etmək (və ya qərar qəbul etməmək) və ya hər hansı bir tədbir görmək (və ya tədbir görməmək) üçün ona arxalanmamalısınız. Xüsusən də, bu veb səhifəsində göstərilən avtomobil spesifikasiyaları Hyundai Şirkətinin Marketinq Şöbəsi tərəfindən saxlanılan ən son mövcud məlumata əsaslanır və lazım gəldiyi halda bu məlumat dəyişdirilə bilər. Həmçinin, təkrar hazırlanan rənglər və işləmələr avtomobillərin öz üzərində olan faktiki rənglərdən fərqlənə bilər. Biz sizə ən yaxın olan Hyundai Şirkəti dilerinə gedib avtomobillərə şəxsən baxmağı qəti olaraq tövsiyyə edirik.

Sayt sizin şəxsi istifadəniz üçün nəzərdə tutulub və hər hansı kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Nəticə etibarilə, Hyundai şirkəti heç bir halda sizin gəlir itkiləriniz ilə bağlı məsuliyyət daşımayacaq.

Hyundai şirkəti sizin bu saytdan istifadə edə bilməməyinizə görə məsuliyyət daşımır. Hyundai Şirkəti saytın fasiləsiz olaraq xidmət göstərəcəyi və ya saytda xəta baş verməyəcəyi barədə vəd vermir. Hyundai Şirkəti bizim nəzarətimiz xaricində olan hər hansı səbəbdən bu saytı sizə təqdim edə bilmədiyimiz halda məsuliyyət daşımayacaq.

 

Məzmun və reklamlar

Bu sayt həmçinin digər internet saytları və resurslarına linkləri və resurslardan məzmunu təqdim edir. Hyundai şirkəti bu saytlar və resurslar üzərində nəzarətə malik olmadığından siz təsdiq edir və razılaşırsınız ki, Hyundai şirkəti bu xarici saytlar və resurslara dair heç bir məsuliyyət daşımır və bu saytlar və resurslarda mövcud olan hər hansı məzmun, reklam məhsulu, xidmətlər və ya digər materiallar barədə məsuliyyət daşımır.

 

Hyundai.az saytında sosial plaqinlərdən istifadə

Siz Hyundai.az saytına ilk dəfə daxil olduqda bütün sosial plaqinlər (Facebook, Youtube, Instagram, Twitter) standart tənzimləmələrlə aktiv olmur. Siz  Hyundai.az saytında sosial şəbəkə düyməsini tıkladığınız zaman sosial plaqinlər sosial şəbəkələrə giriş parolu və giriş icazəsi tələb edir. Siz bu tələbi təsdiq etdiyiniz halda, brauzer və sosial plaqinlər arasında əlaqə, seçimləri dəyişərək və ya brauzer cookie –lərini silərək onu deaktiv edənədək aktiv qalır.

Hyundai Şirkəti tərəfindən idarə edilən Facebook səhifələri və sosial plaqinlərdən alınmış sosial şəbəkə səciyyəli hərəkətlər istifadəçilərin sayt haqqında dəyərləndirmələrini görə bilmək üçün, istifadəçilərin Hyundai.az saytı haqqındakı fikirlərini bilmək üçün Hyundai.az saytında saxlanıla bilər. Hyundai.az, sosial şəbəkələrdə hər hansı məxfi bir məlumatı saxlamır.

 

Şərtlərə dəyişikliklərin edilməsi

Hyundai şirkəti istənilən vaxt saytı və ya bu şərtləri dəyişə bilər. Əgər siz, Hyundai şirkəti şərtləri dəyişdikdən sonra saytdan istifadə edirsinizsə, yeni şərtlərlə bağlı müvafiq öhdəlik daşıyacaqsınız.

 

Cookie faylları (müştəri sistemində saxlanan identifikasiya faylları) ilə bağlı qaydalar

Media Reklamına (Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası) əsaslanaraq biz Google Analytics xüsusiyyətlərini tətbiq etmişik. Siz Media Reklamı üçün Google Analytics –dən imtina edə və Reklam tənzimləmələrindən istifadə edərək Google Displey Şəbəkəsi reklamlarını quraşdıra bilərsiniz. Bundan əlavə, siz Goolge Analytics tərəfindən izlənməni deaktiv etmək üçün Google Analytics Opt-Out Browser Add-on istifadə edə bilərsiniz. Biz Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası tərəfindən  təmin edilən məlumatdan istifadəçilərimizin maraqları çərçivəsində sayt və onun məzmununu qurmaq məqsədilə istifadə edəcəyik.