Left side front view of white sonata in front of house

SONATA

Nəfis idman ruhu və
yenilikçi dizayn

Eksteryer

Sonatanın gözəlliyi - özünə əmin və sakit görünüşüdür. Hər şey göz önündədir, heç bir göstəriyə ehtiyac yoxdur.
Closer view of led headlamps

Ön hissə

Hyundai-ın dramatik olaraq yenidən işlənmiş dizaynı yeni dalğavari kapotla tamamlanan radiator barmaqlığı ilə birgə hissləri həyəcana gətirir.

Detallara diqqət

Təkmilləşdirmə bircə addımda gerçəkləşdirilib. Əyri xətlər və əzələli gövdə avtomobilə müasir və dəbli görkəm bəxş edir. Sadəlik və dəb avtomobilin xarici görünüşünün aparıcı elementləridir.
Right side front view of grand blue sonata
LED headlamps

Əsas LED fənərlər

Yüksək effektivliyə malik əsas LED fənərlər minimum enerji sərfiyyatı ilə yolu və yol nişanlarını işıqlandırır.
Daytime running lights

Gündüz Hərəkət İşıqları (DRL)

LED Gündüz hərəkət işıqlarının dəbli dizaynı avtomobilə yüksək texnologiyalı və futuristik forma bəxş edir.
Cascading radiator grille

Pilləvari radiator barmaqlığı

Yeni dizayn olunmuş pilləvari radiator barmaqlığı Sonata-nın ifadəli və axıcı görünüşünü gücləndirir.
Closer view of door handle

Yan hissə

Kapotun aşağı xəttinin hamar və diqqətçəkici elementləri və hündür arxa sonluq Sonata-nın füsunkar görünüşünü müəyyənləşdirir.

Daxili güc : xarici gözəllik

Sonata-nın dizaynerlərinin prioriteti bir avtomobilin necə olmasının gərəkdiyini vurğulmaq idi. Onun gücünü və gözəlliyini vurğulamaq üçün onlar forma və xətlərdən istifadə ediblər. Bununla bərabər onlar gerçək gözəlliyin işarəsini yaratdılar: əminlik.
Left side view of grand blue sonata
Panorama sunroof

Panorama lyuk

Panorama lyuk ilə siz həm gur və təmiz havadan, həm də avtomobilin müasir idman üslubundan zövq alacaqsınız.
Welcome light door handles

Qapı tutacaqlarındakı salamlama işıqları

Qapı tutacaqlarının daxilindəki işıqlar sizin qaranlıqda tutacaqları daha asan tapmağınıza kömək edir və daha eleqant görünüşü təmin edir.
Alloy wheels

Tökmə disklər

Sonata-nın yeni dizayn olunmuş diskləri yeni nəsil müasirlik və idman ruhunu tamamlayır.
Closer view of rear lamp

Arxa hissə

Sadə və eleqant sonluq ilə bu unikal model idman üslubunun yeni mərhələsinə yüksəlir.

Vizual mükəmməllik

Sonata yeni mərhələdədir. Tavanından başlayaraq ta sabit hissələrinə qədər mükəmməl simmetriyanın şahidi olacaqsınız.
Right side rear view of grand blue sonata
LED high-mounted stop lamps

LED stop işıqları

Arxanızdakı sürücülər arxa hissədə göz səviyyəsində yerləşən LED stop fənərlərinin yüksək keyfiyyətli işıqlandırması sayəsində sizin tormozlandığınızı dərhal anlayıb ara məsafəsini qoruyacaqlar.
Dual mufflers

İki səsboğucu

İki səsboğucu Sonata-nın xarici görünüşündə idman üslubunun real cizgiləridir.
LED rear combination lamps

Arxa kombinə olunmuş LED fənərlər

İşıq-diodları (LED) texnologiyası sayəsində arxa fənərlər gur qırmızı işığı əsk etdirir.
Chrome-coated outside handles

Xrom örtüklü çöl qapı tutacaqları

Xrom örtüklü çöl qapı tutacaqları Sonata-ya lüks görkəm bəxş edir və sizə avtomobilə asanlıqla daxil olmaq şəraiti yaradır. Tutacaqların daxili hissəsindəki işıqlar isə əliniz üçün eleqant bir bələdçi rolunu oynayır.
Outside mirror repeaters

Yan güzgüləri retranslyatorları

Yan güzgülərin retranslyatorları yalnız görüntünü yaxşılşadıraraq təhlükəsiz idarəetməni təmin etmir, həm də avtomobilin yan hissəsinə müasir görünüş qazandırır.
Puddle lamps

Gizli işıqlar

Gizli işıqlar İntellektual Açara sıxdıqda sizin avtomobilə rahat yaxınlaşmanız üçün yan hissəsini işıqlandırır.
İnteryer
Nəfis interyerin komforta köklənmiş detalları Sonata-nın gözoxşayan dizaynına əlavə rəng atır.
Closer view of front interior

Ön hissə

Hər toxunuşda nəzarəti tamamla
Center fascia

Mərkəzi konsol

Hyundai interfeysinin təkmilləşdirilmiş insan-maşın interfeysinə əsaslanann sadə, intuitiv anlaşılan və erqonomik düymələr və idarəetmə elementləri sürücü üçün olduqca rahat və asan tapılandır.
4.2” color LCD supervision cluster

4.2 düymlük super görüntülü rəngli LCD bort kompüter

4.2 düymlük super görüntülü rəngli LCD bort kompüter idarəetmə ilə bağlı informasiyaları işıqlı və yaxşı oxuna biləcək şəkildə həm analoq, həm də rəqəmsal olaraq əks ekranda etdirir.
Steering wheel

Sükan çarxı

Yeni Sonata-nın sükanı əla səth təması bəxş edir. Əllərin tutması üçün daha rahatdır və yüksək sürətlərdə avtomobilin daha yaxşı idarə etmək mümkündür. Dəri işləmələr və sükan qızdırıcısı əllərinizə daim dəstək olur.
Dual full auto air conditioning

İkiqat tam avtomat kondisioner

Bu texnologiya sürücü və ön sərnişinə fərdi klimat kontrol ayarlarından istifadə edərək özlərinə uyğun temperaturu təmin etmək imkanı verir.
8" color display audio and navigation

8 düymlük rəngli audio və naviqasiya ekranı

8 düymlük sensor ekranın rahat və əla görüntüsü ilə özünüzü ətraf aləmlə daim əlaqədə hiss edin.
Integrated memory system driver seat

Sürücü oturacağının yaddaş Sistemi (IMS)

IMS iki sürücünün tərcih etdiyi oturacaq vəziyyətini yadda saxlamağa imkan verir.
Wireless charging system

Naqilsiz yükləmə sistemi

Təkmilləşdirilmiş naqilsiz yükləmə sistemi və onun xbərdarlıq funksiyası sayəsində smartfonunuzu avtomobildə yaddan çıxarmayacaqsınız.
Closer view of rear interior

Arxa hissə

Sürmə tərzinizə uyğunlaşdırılmış komfort və rahatlıq
Electric backlight sunshade

İşıqlandırılan və elektriklə tənzimlənən arxa şüşənin örtük

Arxa şüşədəki örtük bircə düyməyə toxunmaqla günəş şüalarının salona düşməsinin qarşısını alır.
Front & rear seat warmers

Ön və arxa oturacaq qızdırıcıları

Soyuq qış günlərində həm sürücü, həm də sərnişinlər oturacaq qızdırıcılarından faydalana bilərlər.
6:4 folding seats

6:4 nisbətində qatlanan oturacaqlar

Arxa oturaaqların konfiqurasiyasını özünüz təyin edin, onlar 6:4 nisbətində qatlana bilir.
Manual rear door curtains

Əllə tənzimlənən arxa qapı pərdələri

Arxa oturacaqlar üçün yan pərdələr siz konfidensial qalmaq istədikdə və ya pəncərədən düşən işığın qarşısını kəsmək istədikdə yardımçınız ola bilər.
Door scuffs

Qapıların zədələrdən qorunması

Bu dəbdəbəli avtomobillər üçün xas olan bir özəllikdir. Qapı qoruyucuları Sonatanın qapı girişlərini cızıqlardan və ayaqqabı ləkələrindən qoruyur. Bundan sonra siz rahat bir şəkildən avtomobilə daxil olub çıxa bilərsiniz.
Rear air ventilation

Arxa havalandırması

Arxa havalandırması sayəsində orada əyləşən sərnişinlər istəklərinə uyğun olaraq sərin və ya isti havanı təmin edə bilərlər.

KOMPLEKTASİYA

GLS +GLS
Mühərrikin həcmi (lt.) 2.42.0
Mühərrik Növü BenzinBenzin
Maksimal güc (a.g.) 171 a.g / 6,000152 a.g / 6,200
Maksimal fırlanma anı (kq.m/dövr*dəq.) 22.6 / 4,00019.6 / 4,000
Ağırlıq (kq.) 1,480 kq.1,450 kq.
Uzunluğu 4,855 mm.4,855 mm.
Hündürlüyü 1,475 mm.1,475 mm.
Eni 1,865 mm.1,865 mm.
Yük bölməsinin həcmi (lt.) 462 lt.462 lt.
Yanacaq sərfiyyatı (qarışıq rejimdə) 10 lt.9.5 lt.
Sürətlənmə (0-100 km/s.) 9.9 san.11.1 san.
Maksimal sürət (km/san.) 205 200
Sürət qutusu AvtomatikAvtomatik
Ötürücü tipi 6 pilləli6 pilləli
GLS +GLS
Avtomatik fənərlər ++
Duman əleyhinə fənərlər ++
Xrom qapı tutacaqları ++
Yüngül lehimli disklər 18"17"
Şüşələrdə buz əridicilər ++
Ön LED fənərlər +-
Arxa LED stop fənərlər ++
GLS +GLS
Dəri salon +-
Ön oturacaq qızdırıcısı +-
Kül qabı ++
Xəritə lampası ++
Eynək qabı ++
Mebelsayağı elementlər ++
Arxa konsolda ventilyator çıxışı ++
Sükanda audiokontrol düymələri ++
Arxa oturacaq qızdırıcısı +-
Mexaniki yan pərdələr ++
Qapı panelinin dəri örtüyü +-
Multimedia monitoru ++
GLS +GLS
Sürücü hava yastığı ++
Ön sərnişin hava yastığı ++
Arxa sərnişin hava yastığı ++
Yan hava yastıqları +-
Pərdə tipli hava yastıqları +-
ABS ++
EBD ++
İmmobilayzer ++
Siqnalizasiya ++
A.S.D ++
GLS +GLS
Güzgülərin elektriklə tənzimlənməsi ++
Güzgülərin isidilməsi ++
Elektrikli qatlanan güzgülər ++
Elektriklə tənzimlənən sürücü oturacağı +-
Uzaqdan idarəetmə asqısı olan açar ++
Havanın keyfiyyətinə nəzarət sistemi ++
Yağış sensoru +-
Start/Stop düyməsi +-
Mərkəzi kilidləmə sistemi ++
İqlim kontrolu (avtomatik kondisioner) +-
Mexaniki kondisioner -+
Arxa görüntü kamerası ++
Bluetooth/Mobile support/handsfree ++
Kruiz Kontrol ++
Açarsız daxil olma -+
Audio display & AUX + USB ++
Panoram dam örtüyü ++
İdarəetmə rejimləri (ECO, Normal və Sport) ++
Arxa radar ++
Zavod istehsalı naviqasiya sistemi (azərbaycan dilində) +-
Power Steering ++
Qabag Radar +-
Şəkillərdə göstərilən avtomobillərin rəngləri reallıqla fərqlənə bilər.
Auto Azərbaycan şirkəti əvvəlcədən heç bir xəbədarlıq etmədən avtomobillərin satış şərtlərinə, qiymət və komplektasiyalarına, o cümlədən texniki xüsusiyyətlərinə, kampaniyalara dəyişiklik etmək ixtiyarına sahibdir.
Təklif istə
Əlaqə
formu

Əlaqə formu

Hyundai şirkətinin məlumatın istifadəsinə dair şərtləri

Bu saytdan istifadə

 

Xahiş edirik aşağıda göstərilən şərtləri diqqətlə oxuyasınız, belə ki, Hyundai.az saytından istifadə sizin bu şərtlərlə razılaşdığınızı bildirir.

Bu saytın dizaynı, şəkilləri, loqoları, fotoları və məzmunu ilə bağlı hüquqlar Hyundai Şirkətinə məxsusdur. Onlar müəllif hüquqları, ticarət markaları və digər əqli mülkiyyət hüquqları ilə qorunur. Siz Hyundai Şirkətinin yazılı razılığı olmadan bu saytın hər hansı bir hissəsini kopyalaya, təkrar hazırlaya, dəyişə, paylaşdıra, təkrar dərc edə, nümayiş etdirə, yerləşdirə və ya ötürə bilməzsiniz.

 

Öhdəlik

Biz məzmunun tam şəkildə dəqiqliyini təmin etməyə çalışırıq. Belə ki, sizin tərəfinizdən məzmundan istifadəyə görə hər hansı bir məsuliyyət öz üzərimizə götürmürük. Bu saytın məzmunundan yalnız məlumat məqsədilə istifadə edilməlidir və siz hər hansı bir qərar qəbul etmək (və ya qərar qəbul etməmək) və ya hər hansı bir tədbir görmək (və ya tədbir görməmək) üçün ona arxalanmamalısınız. Xüsusən də, bu veb səhifəsində göstərilən avtomobil spesifikasiyaları Hyundai Şirkətinin Marketinq Şöbəsi tərəfindən saxlanılan ən son mövcud məlumata əsaslanır və lazım gəldiyi halda bu məlumat dəyişdirilə bilər. Həmçinin, təkrar hazırlanan rənglər və işləmələr avtomobillərin öz üzərində olan faktiki rənglərdən fərqlənə bilər. Biz sizə ən yaxın olan Hyundai Şirkəti dilerinə gedib avtomobillərə şəxsən baxmağı qəti olaraq tövsiyyə edirik.

Sayt sizin şəxsi istifadəniz üçün nəzərdə tutulub və hər hansı kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Nəticə etibarilə, Hyundai şirkəti heç bir halda sizin gəlir itkiləriniz ilə bağlı məsuliyyət daşımayacaq.

Hyundai şirkəti sizin bu saytdan istifadə edə bilməməyinizə görə məsuliyyət daşımır. Hyundai Şirkəti saytın fasiləsiz olaraq xidmət göstərəcəyi və ya saytda xəta baş verməyəcəyi barədə vəd vermir. Hyundai Şirkəti bizim nəzarətimiz xaricində olan hər hansı səbəbdən bu saytı sizə təqdim edə bilmədiyimiz halda məsuliyyət daşımayacaq.

 

Məzmun və reklamlar

Bu sayt həmçinin digər internet saytları və resurslarına linkləri və resurslardan məzmunu təqdim edir. Hyundai şirkəti bu saytlar və resurslar üzərində nəzarətə malik olmadığından siz təsdiq edir və razılaşırsınız ki, Hyundai şirkəti bu xarici saytlar və resurslara dair heç bir məsuliyyət daşımır və bu saytlar və resurslarda mövcud olan hər hansı məzmun, reklam məhsulu, xidmətlər və ya digər materiallar barədə məsuliyyət daşımır.

 

Hyundai.az saytında sosial plaqinlərdən istifadə

Siz Hyundai.az saytına ilk dəfə daxil olduqda bütün sosial plaqinlər (Facebook, Youtube, Instagram, Twitter) standart tənzimləmələrlə aktiv olmur. Siz  Hyundai.az saytında sosial şəbəkə düyməsini tıkladığınız zaman sosial plaqinlər sosial şəbəkələrə giriş parolu və giriş icazəsi tələb edir. Siz bu tələbi təsdiq etdiyiniz halda, brauzer və sosial plaqinlər arasında əlaqə, seçimləri dəyişərək və ya brauzer cookie –lərini silərək onu deaktiv edənədək aktiv qalır.

Hyundai Şirkəti tərəfindən idarə edilən Facebook səhifələri və sosial plaqinlərdən alınmış sosial şəbəkə səciyyəli hərəkətlər istifadəçilərin sayt haqqında dəyərləndirmələrini görə bilmək üçün, istifadəçilərin Hyundai.az saytı haqqındakı fikirlərini bilmək üçün Hyundai.az saytında saxlanıla bilər. Hyundai.az, sosial şəbəkələrdə hər hansı məxfi bir məlumatı saxlamır.

 

Şərtlərə dəyişikliklərin edilməsi

Hyundai şirkəti istənilən vaxt saytı və ya bu şərtləri dəyişə bilər. Əgər siz, Hyundai şirkəti şərtləri dəyişdikdən sonra saytdan istifadə edirsinizsə, yeni şərtlərlə bağlı müvafiq öhdəlik daşıyacaqsınız.

 

Cookie faylları (müştəri sistemində saxlanan identifikasiya faylları) ilə bağlı qaydalar

Media Reklamına (Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası) əsaslanaraq biz Google Analytics xüsusiyyətlərini tətbiq etmişik. Siz Media Reklamı üçün Google Analytics –dən imtina edə və Reklam tənzimləmələrindən istifadə edərək Google Displey Şəbəkəsi reklamlarını quraşdıra bilərsiniz. Bundan əlavə, siz Goolge Analytics tərəfindən izlənməni deaktiv etmək üçün Google Analytics Opt-Out Browser Add-on istifadə edə bilərsiniz. Biz Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası tərəfindən  təmin edilən məlumatdan istifadəçilərimizin maraqları çərçivəsində sayt və onun məzmununu qurmaq məqsədilə istifadə edəcəyik.