Bağla

Exterior Color
  • 63%
  • 52%
  • 19%
Interior Color
  • 63%
  • 52%
  • 19%
Grand Santa fe BÖYÜK HƏDƏFLƏR ÜÇÜN,
NƏHƏNG AVTOMOBİL
  • Başdöndürən geniş salon
  • Güclü və dinamik dizayn
  • Etibarlı performans

 
 
 
 
Şəkillərdə göstərilən avtomobillərin rəngləri reallıqla fərqlənə bilər.

 
previous
next
 
İSTƏNİLƏN YOL ŞƏRAİTİNƏ UYĞUN
ƏN QABAQCIL İDARƏETMƏ SİSTEMİ
Hər səfərdə gününüzə yeni ovqat bəxş edən dinamik
və zövqlü avtomobil idarəetməsindən həzz alın.

"SƏRT FIRTINA" KONSEPSİYASI

Kəsici ön və maili arxa hissənin ahəngi ilə Hyundai-ın “Axıcı xəttlər” dizaynı
avtomobili digər SUV modellərindən kəskin fərqləndirir.

Dinamik və axıcı

Grand Santa Fe-yə premium görüntü bəxş edən dinamik üslub, Hyundai-ın "Axıcı xəttlər" unikal dizayn fəlsəfəsinin təzahürüdür.

Sənət və texnologiyanın mükəmməl sintezi

Təkmilləşdirilmiş nəfis dizayn, ateletik idman üslubu və yüksək performansla birləşərək, unikal SUV ərsəyə gətirir.

"SƏRT FIRTINA" KONSEPSİYASI

Kəsici ön və maili arxa hissənin ahəngi ilə Hyundai-ın “Axıcı xəttlər” dizaynı avtomobili digər SUV modellərindən kəskin fərqləndirir.

Dinamik və axıcı

Grand Santa Fe-yə premium görüntü bəxş edən dinamik üslub, Hyundai-ın "Axıcı xəttlər" unikal dizayn fəlsəfəsinin təzahürüdür.

Sənət və texnologiyanın mükəmməl sintezi

Təkmilləşdirilmiş nəfis dizayn, ateletik idman üslubu və yüksək performansla birləşərək, unikal SUV ərsəyə gətirir.

  • 360° Görüntü Sistemi Bütün səfərlər boyu daha təhlükəsiz idarəetməni təmin etmək üçün Grand Santa Fe modelinin 360 dərəcə görüntü kamerası “ölü zonalar” daxil olmaqla bütün hissələri göstərir. Regionl seçim əsasında fərqlilik ola bilər.
  • Bi-Funksiyalı HID ön fənərləri Sutkanın qaranlıq vaxtlarında avtomobilin təchiz olunduğu bi-funksiyalı HID fənərləri, gücləndirilmiş işıqlandırılma səviyyəsi və geniş işıqlandırılması arealı ilə effektiv görüntü təmin edir. Regionl seçim əsasında fərqlilik ola bilər.
  • Dinamik Döngə İşıqları Dinamik döngə işıqları, avtomobilin fənərlərini sükan çarxının döndərildiyi istiqamətə yönlərək daha rahat manevr etmək imkanı yaradır.
  • İntellektual uzaq işıqlandırma sistemi Qarşıdan gələn nəqliyyat vasitəsi aşkar edilərkən avtomatik şəkildə uzaq işıq lampalarını zəiflədən intelektual uzaq işıqlandırma sistemi, sürücülər tərəfindən yüksək qiymətləndiriləcək. Regionl seçim əsasında fərqlilik ola bilər.

Oturacaqlar

Grand Santa Fe möhtəşəm əyilən və praktik oturacaqlarla təchiz olunub. Daha geniş interyer üçün standart 4:2:4 nisbətdə olmaqla 7 nəfərlik və yaxud izolyasiya edilmiş oturacaq konfigurasiyası olan 6 nəfərlik modeli təklif olunur. Grand Santa Fe avtomobilinin erqonomik oturacaq dizaynı, hər bir sərnişin üçün maksimum rahatlıq və dinamik məkan təmin edir.

Avropa AVN 4.0 & Premium səs sistemi

Sükan arxasında keçirdiyiniz vaxtı radio, CD, MP3 kimi müxtəlif multimedia daşıcılarından istifadə etməklə, 10 dinamikli zəngin akustikaya malik premium səs sistemi ilə yaranan təmiz və təbii audio mühit sayəsində daha əyləncəli edin.

Regionl seçim əsasında fərqlilik ola bilər.
Eksteryer
Avtomobil idaerəetməsindən zövq almağın doğru yolu
Ailənizlə səyahətdə olarkən və ya şəhər kənarı gəzintiyə çıxdıqda, geniş salon və əlçatan dinamik funksiyalar idarəetmə rahatlığına xidmət edir.
  • ətraflıBi-Funksiyalı HID ön fənərləri
    ətraflıÖn duman əleyhinə fənərlər
    ətraflıRadiator barmaqlığı
    ətraflıZədə əleyhinə plastik plitələr
    • LED işıqlarla təchiz olunmuş bi-funksiyalı HID fənərlər Gündüz və gecə vaxtı aydın görüntü təmin edən Bi funksiyalı HID fənərlər təhlükəsizliyi artırır, hərəkət edərkən bütün diqqətinizi yola yönəltmək imkanı yaradır və avtomobilin eksteryerinə futuristik görüntü bəxş edir.
    • LED Gündüz İşıqları (DRL) ilə təchiz olunmuş
      ön duman əleyhinə fənərlər
      Diqqət çəkən ön duman əleyhinə fənərlərlə birgə çalışan günüz işıqları zəif işıqlanma şəraitində belə parlayaraq uzaqdan görünmənizi təmin edir. Regionl seçim əsasında fərqlilik ola bilər.
    • Radiator barmaqlığı Hyundai-ın qara və xrom altıbucaqlı ön radiator barmaqlığı özünəməxsus lyuks görünüşə və idman üslubuna malikdir.
    • Zədə əleyhinə plastik plitələr Arxa və ön tərəfdə yerləşən zədələnmə əleyhinə plastik plitələr xüsusi dizayna malikdir.
  • ətraflıElektriklə qatlanan yan güzgülər
    ətraflıPanoram dam örtüyü
    ətraflıYüngül lehimli disklər
    • Elektriklə qatlanan yan güzgülər Grand Santa Fe avtomobilinin yan güzgüləri tam fərqlidir - onlar yağışda və qarda təmiz görüntü təmin etmək üçün isidilir, elektriklə qatlanır və avtomobilə yaxınlaşanda avotmatik yanan xüsusi lampalarla təchiz olunub.
    • Panoram dam örtüyü Geniş və uzun panoram dam örtüyü açıqlıq və rahatlıq hissi bəxş edərək, mühərrik vasitəsilə hərəkətə gələn rulon pərdə ilə təchiz olunub və isti havada ideal bir seçimdir.
    • Yüngül lehimli disklər Göz oxşayan 18" və 19" düymlük alüminium təkər diskləri güclü və atletik dizayna malikdir və hər zaman irəli atılmağa hazırdılar. Seçim əsasında tam ölçülü yüngül lehimli disklər də təklif olunur.
  • ətraflıİkihissəli LED
    arxa stop fənərləri
    ətraflıArxa spoyler
    ətraflıZədə əleyhinə arxa piltə
    • İkihissəli LED arxa stop fənərləri Mükəmməl görünüşlü LED tipli arxa stop fənərləri avtomobilin gözəlliyini və sərt təbiətini ifadə edir.
    • Arxa spoyler Arxa spoylerin aerodinamik dizaynı avtomobilin təhlükəsizliyi və müasir üslubunu mükəmməl şəkildə özündə əks etdirir. Regionl seçim əsasında fərqlilik ola bilər.
    • Zədə əleyhinə arxa piltə İdman üslublu zədə əleyhinə arxa piltələr, avtomobilin stabil və tamamlanmış görünüşünü əks etdirir.
  • Damda quraşdırılmış reylinqlər
    Damda quraşdırılmış reylinqlərin praktik təyinatı və estetik baxımdan cəzbedici dizaynı Grand Santa Fe modelinin incəliyini tamamlayır.
  • Arxa sıranın əlavə şüşəsi
    Hər oturacaqdan açılan möhtəşəm mənzərə ilə yanaşı, üçüncü sıra oturacaqlardakı əlavə sərnişin şüşələri sayəsində panoramik mənzərədən həzz ala bilərsiniz.
  • İkili səsboğucu
    Zərif ikili səsboğucular arxa bamperlərin eleqant dizaynını tamamlayırlar.
İnteryer
Premium rahatlıq bəxş edən unikal avtomobil
Grand Santa Fe modeli sizə ev rahatlığı və
yüksəklik hissi bəxş etmək üçün ideal həlldir.
Salon rəngləri
  • Gray
  • Black
  • Beige
  • Burgundy
  • Parça 1
  • Parça 2 GLS
  • Dəri
  • Zebrawood GL
  • Perforasiyalı
  • Parça 1 GL
  • Parça 2 GLS
  • Dəri
  • Walnut GL
  • Perforasiyalı
  • Parça 1 GL
  • Parça 2 GLS
  • Dəri
  • Qovaq
  • Perforasiyalı
  • Dəri
  • Yarı parlaq kül rəngi
  • Salon materialı
  • İşləmə materialı
Rahat və geniş interyer

Unikal rəng çeşidləri sırasından ürəyinizə yatanı seçin, avtomobilinizin salonun görüntüsünü özünüz təyin edin.

Multifunksional sükan çarxı

Sükan üzərində yerləşdirilmiş idarəetmə düymələri avtomobil funksiyalarının rahat idarə edilməsinə xidmət edir. Sürücü diqqətini yoldan ayırmadan multimedia və idarəetmə sistemlərini istədiyi kimi tənzimləyə bilər.

Audio nəzarət düymələri

Telefon və zənglərin
idarə edilməsi düymələri

Avto kruiz nəzarət sistemi

Bağla
Oturacaqların yaddaş paketi

Rahat və intellektual. İnteqrasiya olunmuş yaddaşlı oturacaq sistemi (integrated memory seat) əvvəlcədən təyin etdiyiniz iki oturacaq vəziyyətini yadda saxlayır və ehtiyac olduğu təqdirdə bir düymə vasitəsi ilə oturacağı istədiyiniz vəziyyətə gətirə bilirsiniz. Oturacaqlarla yanaşı yan güzgülərin də vəziyyətini seçmək mümkündür.

Bağla
Oturacaqarın qızdırılması və sərin havalandırma sistemi

Havalandırma sistemi ön oturacaqları təbii hava axını ilə təmin etdiyi halda, oturacaqların qızdırıcısı birinci və ikinci sıra oturacaqlarını isidərək əlavə rahatlıq bəxş edir.

Bağla
Oturacaqların tǝnzimlǝnmǝsi

Ergonomik dizayna sahib olan sürücü və ön sərnişin oturacağı əlavə rahatlıq üçün xüsusi tənzimlənə bilər. 4 istiqamətli bel dəstəyi və tənzimləmə düyməsi ilə idarə edilən baş altıqları evdəki kimi rahatlıq hissini təmin edir.

4 istiqamətli bel dəstəyi tənzimləyicisi


Bağla
Audio sistem

Grand Santa Fe-nin 10 ədəd səsgücləndirici dinamikli premium audio sistemi müxtəlif multimedia seçimlərindən istifadə etməklə Sizə səyahət zamanı sevdiyiniz musiqilərdən zövq almaq imkanı verir.


Bağla
AZƏRBYACAN DİLİNDƏ NAVİQASİYA SİSTEMİ

Ölkəmizdə ilk dəfə olaraq, istehsalçı tərəfindən quraşdırılmış, işlək və Azərbaycan dilində naviqasiya sistemi təklif edirik. Ən son texnologiyalarla təchiz edilmiş naviqasiya sistemi ilə qısa, tıxacsız və praktik yollarla mənzil başına ideal rahatlıqla çata bilərsiniz.


Bağla
Tam avtomatik kondisioner sistemi

Tam avtomatik kondisioner sistemi sürücü və sərnişin üçün iki müxtəlif temperatur kökləmək imkanı verir.


Bağla
Mexaniki arxa qapı pərdələri

Günəşli günlərdə mexaniki arxa qapı pərdəsi və yan geriyə çəkilə bilən çətir sayəsində daha az şünəş içəri daxil olacaqdır.

Bağla
Arxada xüsusi stəkan altı

Arxa sırada və ikinci sıradakı sərnişinlər içki içməyin həzzini çıxara bilər və stəkanları yenidən xüsusi stəkan altına yerləşdirə bilərlər. sadecə 6 nəfərlik seçimi mövcuddur


Bağla
Kapitan üslublu oturacaqlar

6 istiqamətdə tənzimlənən, qatlanan və isidilən kapitan üslublu oturacaqlar


Bağla
Oturacaq qatlama sistemi

Grand Santa Fe, geniş salonu ilə müxtəlif oturma rahatlığı, qatlana bilən oturacaqları sayəsində müxtəlif çəkidə yük götürmə və səyahət etmə rahatlığı ilə sizi təmin edəcəkdir.


Bağla
  • Arxa sıra oturacaqların elektron qatlanması
    Maksimal komfort üçün Grand Santa Fe modelinin ikinci sıra oturacaqlarını tamamilə qatlayaraq istədiyiniz genişliyi əldə edə bilərsiniz.
  • Əlcək qutusu
    Avtomobildə mövcud olan müxtəlif bölmələr həmçinin əlcək qutusu, istənilən əşyaların o cümlədən sərinləşdirici içkiləri soyuq temperaturda saxlanmasına xidmət ediur və səyahət zamanı xoş təəssüratlar yaradır.
  • İkinci sıra hava ventilyasiya sistemi
    İkinci sıranın ayrıca havalandırma sisteminin olması, avtomobildə əyləşən bütün sərnişinlərə təmiz hava təmin edərək hər kəsin individual rahatlığını təmin etdir.
  • Arxa oturacaqların temperatur tənzimlənməsi
    Maksimal rahatlıq üçün, Grand Santa Fe hər bir sərnişinin istədiyi tempereaturu seçmək imkanı yaradan havalandırma sistemi ilə təchiz edilmişdir.
Performans
DİNAMİK İDARƏETMƏ TƏCRÜBƏSİ
Gündəlik avtomobil sürmənizə qənaətcillik, çeviklik və hərtərfli üstünlük qataraq rahatlıq əldə edin.
  • 3.3 MPi
    benzin mühərriki

    3.3 V6 MPi benzin mühərriki 6400 dövr/dəq-də 270 at gücü və 5300 dövr/dəq-də 32.4 kq*m fırlanma anı hasil edir. Regionl seçim əsasında fərqlilik ola bilər.


    Maksimal güc
    270 ps
    Maksimal fırlanma anı
    32.4 kg·m
  • Aerodinamik dizayn Grand Santa Fe şübhəsiz möhtəşəmdir. Sinfində qabaqcıl göstərici olan 0.34
    aerodinamik müqavimət əmsalına sahib olan bu avtomobilin təkmilləşdirilmiş
    dizaynı sinfində ən yüksək aerodinamikanı və sərt eksteryeri sayəsində
    yüksək performansını nümayiş etdirir.
  • 6-pilləli avtomat transmissiya Yanacaq sərfiyyatına qənaət edən 6-pilləli avtomat transmissiyalı
    Grand Santa Fe, yanacaq sərfiyyatının azadılması ilə yanaşı
    maksimal komfort və dəqiq idarəetməni təmin edir.
  • Ön MakFerson dayaq-tipli asqı
    Ön MakFerson dayaq-tipli asqı və bütün dünyada tanınmış avtomobillərdə mövcud olan "Yüksək Performanslı damper" (HPD) vasitəsi ilə möhtəşəm performans vəd edir.
  • Çoxlinkli arxa asma sistemi
    Lyuks və idman üslublu avtomobillərdə tətbiq olunan, Grand Santa Fe-nin də təchiz olunduğu çoxlinkli asqı sistemi, səyahət zamanı rahatlıq və maksimum stabillik təmin edir.
  • Əyləc sistemi
    Avtomobilin təhlükəsizliyinin əsasını təşkil edən 17" ön disk əyləcləri, 16" arxa disk əyləcləri və 11" vahid əyləc gücləndiricisi (single brake booster) sistemi, hərəkət zamanı istnilən yol şəraitində təhlükəsizliyi təmin edir və avtomobilin stabilliyini artırır.
Təhlükəsizlik
İDARƏETMƏ RAHATLIĞI ÜÇÜN QABAQCIL TEXNOLOGİYA
Avtomobili idarə etdiyiniz yol şəraitindən asılı olmayaraq, təkmilləşdirilmiş təklüksizlik sistemləri sizə optimal rahatlıq, əminlik və idarəetmə həzzi təmin edəcək.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  • Qabaqcıl İntellektual kruiz nəzarət sistemi (ASCC)

    Sizdən öndəki avtomobillə aranızdakı məsafəyə nəzarət edən radar sensorları sayəsində, təkmilləşdirilmiş intellektual kruiz kontrol sistemi (ASCC) qarşıda hərəkət edən nəqliyyat vasitəsini diqqətdə saxlayaraq, təhlükəsiz intervalı saxlayır və ehtiyac yarandıqda avtomobili avtomatik olaraq əyləcləyir və ya hərəkətə gətirir.

    Regionl seçim əsasında fərqlilik ola bilər.
  • "Ölü zonanın" xəbərdarlıq sistemi (BSD)

    Diqqətinizi yoldan ayırmamanız üçün sistem hər bir bucaqdan avtomobilin ətrafına effektiv nəzarət edir və "ölü zona"-da avtomobil peydə olduqda, o zaman sürücüyə xəbərdarlıq edir və potensial toqquşmanın qarşısı alınır.

  • Hərəkət zolağının tərk edilməsi haqqında xəbərdarlıq siqnalı (LDWS)

    Hərəkət zolağının tərk edilməsi haqqında xəbərdarlıq siqnalı (LDWS) qabaqcıl təhlükəsizlik mexanizmidir. Alın şüşəsindəki sensorlar avtomobilin hərəkət zolağında olmasına nəzarət edir və əgər bu zolaqdan çıxarsa xüsusi səs və titrəyiş siqnalları verərək avtomobili öz yoluna qaytarır.

    Regionl seçim əsasında fərqlilik ola bilər.
  • Avtonom Əyləcləmə Sistemi (AEB)

    Avtonom Əyləcləmə Sistemi (AEB) xüsusi sensor və radarlar vasitəsilə yola nəzarət edir. Hərəkət zamanı yolda hər hansı bir maneə aşkarlanarsa, o zaman avtomobilin əyləc sistemi avtomatik olaraq işə düşür və maksimal dərəcədə sürət azaldılmaqla, təhlükəsizliyi təmin edilir.

    Regionl seçim əsasında fərqlilik ola bilər.
  • Təkərlərin təzyiqinin yoxlama sistemi (TPMS)

    Təkərlərin təzyiqinin yoxlama sistemi (TPMS) avtomobilin təkərlərində olan hava təzyiqinin səviyyəsinə nəzarət edir və hər hansı bir təkərdə problem yaranarsa, o zaman sürücüyə xəbərdarlıq edərək, hərəkətin təhlükəsizliyini təmin edir.

    Regionl seçim əsasında fərqlilik ola bilər.
  • ASCC
  • BSD
  • LDWS
  • AEB
  • TPMS
  • Son
İDARƏETMƏ
  • 6 ədəd hava yastığı Hərtərəfli 6 hava yastıq sistemi sürücü və sərnişinləri ön və kənar hissələrdən hava yastıqları ilə əhatə etməklə, onları maksimal dərəcədə xəsarətdən qorumaq üçün hazırlanmışdır.
  • Elektron sabitliyə nəzarət (ESC) və Avtomobil stabilliyinin idarəetmə sistemi (VSM) Etibarlı ESC sistemi elektrik gücləndiricili sükan çarxını (MDPS) nəzarətdə saxlayır və hər təkərə ayrıca əyləc gücü tətbiq etməklə döngələrdə avtomobilin sabit qalmasını optimallaşdıran VSM sistemi ilə birlikdə işləyərək döngələrdə təkərləri bərk saxlayır və dolayısıyla avtomobilin stabilliyini təmin edir.
  • Antiblok əyləc sistemi (ABS) Əyləclərin bloklanmasından narahat olmayın. Antiblok əyləc sistemi (ABS) sərt əyləcləmə zamanı sürüşməni əngəlləyir və bununla da avtomobilə daha effektiv idarəetməni təmin edir.
  • Enişaşağı əyləcləməyə nəzarət (DBC) və Yoxuş zamanı sürüşməni əngəlləyən sistem (HAC) Avtomobilinizi enişdə də yoxuşda da əminliklə idarə edin. DBC sistemi dağ şəraitində daha güclü nəzarət və stabillik təmin edir, HAC sistemi isə yoxuşlarda avtomatik olaraq əyləci işə salaraq arxaya sürüşmənin qarşısını alır.
  • Təhlükəsizlik kəmərinin dartqısı
    İkiqat təhlükəsizlik kəmərləri sistemi sıx şəkildə çanaq sümüynu oturacağa bərkidir və hər hansı bir qəza zamanı sərnişinlərin zədələnməsini minimuma endirir.
  • Qəza dəyanma siqnalı (ESS)
    LED arxa faralara quraşdırılmış xüsusi siqnal işıqları ani əyləcləmə zamanı işə düşür və arxadan gələn avtomobillərlə toqquşma riskini aradan qaldırır.
  • Elektron Əyləcləmə Sistemi (EPB)
    Park əyləci sadəcə bir düyməni basmaqla işə salma imkanı mövcuddur.
  • 4 istiqamətdə tənzimlənən baş altıqları
    Oturacaqda rahat əyləşin və başınızı 4 istiqamətdə asanlıqla tənzimlənən baş altıqlarına söykəyin.
  • Genişbucaqlı arxa görüntü güzgüsü
    Arxa görüntü güzgülərinin uc nöqtələrinə quraşdırılmış genişbucaqlı güzgülər sürücünün görə bilmədiyi ölü zonaları minimallaşdırır. Regionl seçim əsasında fərqlilik ola bilər.
Rahatlıq
SƏRHƏDİZ GENİŞLİK
Ailəvi səyahət üçün ideal seçim olan bu avtomobil genişliyi ilə fərqlənir və sərnişinlər üçün rahatlıq və funksionallıq baxımdan bütün tələblərə cavab verir.
  • İntellektual park etmə sistemi (SPAS) Grand Santa Fe əminliklə öz özünü park etməyi bacarır. Ultrasonik sensorlar vasitəsi ilə sükan arxasından düşməyərək rahatlıqla avtomobili parkinq edə bilərsiniz. Regionl seçim əsasında fərqlilik ola bilər.
  • Yük bölməsinin intellektual qapısı Əlləriniz dolu olduğu halda yük bölməsinin intellektual qapısı Sizə yardım olacaq. Əlavə rahatlıq üçün dizayn edilmiş sensorlu qapaq intellektual açarın yaxınlaşması ilə avtomatik şəkildə 3 saniyə ərzində açılır.
  • Premium səs sistemi Hyundai-ın 10 ədəd dinamiklə təchiz olunmuş zəngin akustikaya sahib olan audio sistemi səhayət zamanı salonun istənilən nöqtəsindən yüksək keyfiyyətli səslənmə təmin edir və sükan arxasında prosesdən həzz almaq üçün düşünülmüşdür. Regionl seçim əsasında fərqlilik ola bilər.
  • 4,2-düymlük rəngli TFT-LCD displeyli "Supervision" paneli İnteryer dizaynın futuristik görünüşünü daha da vurğulayan təkmilləşdirilmiş 4,2-düymlük rəngli TFT-LCD displeyli "Supervision" cihazlar paneli sayəsində Siz avtomobiliniz və səyahətinizlə bağlı bütün məlumatlardan bir göz qırpımında agah ola bilərsiniz.
  • Arxa görüntü kamerası Arxa bamperə quraşdırılmış parketmə sensorları sayəsində, avtomobilin arxasında olan istənilən növ maneəni aşkarlamaq və baş verə biləcək qəzalardan sığortalanmaq mümkündür.
 
  • İntellektual açar və Mühərrikin start/stop düyməsi
    Mühərriki işə salmaq üçün yalnız start/stop düyməsindən istifadə etmək yetərlidir
  • Yağış sensoru
    Gözlənilmədən yağış yağdıqı halda narahatçılığa səbəb yoxdur. Belə olduğu halda, avtomobildə mövcud olan yağış sensoru avtomatik şəkildə şüşəsilənləri işə salır.
  • Elektron xrom güzgü (ECM)
    Kompaslı Elektron xrom güzgü (ECM) və ya arxa görüntü kamera displeyindən istifadə edərək avtomobilinizi daha da təhlükəsiz idarə edə bilərsiniz. Regionl seçim əsasında fərqlilik ola bilər.
  • Avtomatik duman əleyhinə sistem
    Dumanlı havalarda adaptiv duman əleyhinə sistem avtomatik şəkildə ön şüşədə toplanmış kondensasiyanı əşkar edir və temperatura nəzarət sistemini işə salaraq aydın görünüşü təmin edir.
  • Alın şüşənin buz əridciləri
    Ön şüşəsilənlər xüsusi don aleyhinə qızdırıcı sistemlə təchiz olunub və bu sistem buzdan asanlıqla qurtulmaqa imkan verir.
  • Ultrabənövşəyi şüalar əleyhinə şüşə
    Ultrabənövşəyi şüalar əleyhinə hazırlanmış xüsusi tərkibli şüşə avtomobilin içini sərin saxlayır, həmçinin sərnişinləri günəşin saçdığı zərərli ultrabənövşəyi və infraqırmızı şüalardan qoruyur.
  • 110 volt/ 220 volt elektrik qaynağı
    Avtomobil 110 volt/ 220 volt elektrik qaynağı ilə təchiz olunub. İndi Siz səhayət zamanı batareyaları doldurub istədiyiniz elektron cihazlardan istifadə edə bilərsiniz Regionl seçim əsasında fərqlilik ola bilər.

QİYMƏT VƏ KOMPLEKTASİYA

3.3 Benzin
Maksimum Güc 270 a.g. / 6400
Fırlanma anı 318 Nm / 5,300
Ağırlıq 1944 kg
Klirens 180 mm
Yanacaq sərfi (qarışıq rejimdə) 14,6
Yanacaq çəninin həcmi 71 lt
Sürətlənmə (0-100 km) 8,8
Maksimal sürət 207 km
Oturacaq sayı 7
3.3 Benzin
Ksenon Ön Lampalar +
Lehimli disklər 19
Təkərlərin palçıq önləyicisi +
Əlavə stop-siqnal +
LED duman əleyhinə faralar +
LED arxa stop fənərləri +
Arxa spoyler +
Damda quraşdırılmış relinq +
3.3 Benzin
Ön oturacaqların isidilməsi +
Sürücü oturacağı yaddaş paketi +
Xəritə lampası +
Dəri üzlüklü sükan çarxı +
Sükanda audiokontrol düymələri +
Arxa oturacaqların isidilməsi +
AVN Monitor +
Arxa yan pərdə +
Stəkan qoymaq üçün xüsusi yer +
İşıqlı eynək qabı +
3.3 Benzin
Sürücü hava yastığı +
Ön sərnişin hava yastığı +
Yan hava yastıqları +
Pərdə tipli hava yastıqları +
ABS +
ESP +
DBC (Eniş əyləc sistemi) +
Auto Hold +
4WD Lock - Tam ötürücü +
3.3 Benzin
Hidravlik gücləndiriciyə malik sükan çarxı +
Güzgülərin elektrik tənzimlənməsi +
Güzgülərin isidilməsi +
Elektrikli qatlanan güzgülər +
Elektriklə tənzimlənən sürücü oturacağı +
Elektriklə tənzimlənən sərnişin oturacağı +
Uzaqdan idarəetmə asqısı olan açar +
Elektrikli şüşəqaldıranlar +
Yağış sensoru +
İşıq sensoru +
Uzunluğuna və hündürlüynə tənzimlənən sükan çarxı +
Start Stop düyməsi +
Arxa görüntü kamerası +
Radio/CD/MP3 +
Bluetooth/Mobile support/handsfree +
Kruiz Kontrol +
Audio display & AUX + USB +
ECO rejim +
Üç rejimli sükan +
Ön sərnişin oturacağında ventilyasiya +
Arxa radar +
Zavod istehsalı naviqasiya sistemi (azərbaycan dilində) +
Power Steering +
3 Zonalı Avto. kondisioner (iqlim kontrolu) +
Electri Park +
Şəkillərdə göstərilən avtomobillərin rəngləri reallıqla fərqlənə bilər.
Auto Azərbaycan şirkəti əvvəlcədən heç bir xəbədarlıq etmədən avtomobillərin satış şərtlərinə, qiymət və komplektasiyalarına, o cümlədən texniki xüsusiyyətlərinə, kampaniyalara dəyişiklik etmək ixtiyarına sahibdir.

Təklif istə

Hyundai şirkətinin məlumatın istifadəsinə dair şərtləri

Bu saytdan istifadə

 

Xahiş edirik aşağıda göstərilən şərtləri diqqətlə oxuyasınız, belə ki, Hyundai.az saytından istifadə sizin bu şərtlərlə razılaşdığınızı bildirir.

Bu saytın dizaynı, şəkilləri, loqoları, fotoları və məzmunu ilə bağlı hüquqlar Hyundai Şirkətinə məxsusdur. Onlar müəllif hüquqları, ticarət markaları və digər əqli mülkiyyət hüquqları ilə qorunur. Siz Hyundai Şirkətinin yazılı razılığı olmadan bu saytın hər hansı bir hissəsini kopyalaya, təkrar hazırlaya, dəyişə, paylaşdıra, təkrar dərc edə, nümayiş etdirə, yerləşdirə və ya ötürə bilməzsiniz.

 

Öhdəlik

Biz məzmunun tam şəkildə dəqiqliyini təmin etməyə çalışırıq. Belə ki, sizin tərəfinizdən məzmundan istifadəyə görə hər hansı bir məsuliyyət öz üzərimizə götürmürük. Bu saytın məzmunundan yalnız məlumat məqsədilə istifadə edilməlidir və siz hər hansı bir qərar qəbul etmək (və ya qərar qəbul etməmək) və ya hər hansı bir tədbir görmək (və ya tədbir görməmək) üçün ona arxalanmamalısınız. Xüsusən də, bu veb səhifəsində göstərilən avtomobil spesifikasiyaları Hyundai Şirkətinin Marketinq Şöbəsi tərəfindən saxlanılan ən son mövcud məlumata əsaslanır və lazım gəldiyi halda bu məlumat dəyişdirilə bilər. Həmçinin, təkrar hazırlanan rənglər və işləmələr avtomobillərin öz üzərində olan faktiki rənglərdən fərqlənə bilər. Biz sizə ən yaxın olan Hyundai Şirkəti dilerinə gedib avtomobillərə şəxsən baxmağı qəti olaraq tövsiyyə edirik.

Sayt sizin şəxsi istifadəniz üçün nəzərdə tutulub və hər hansı kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Nəticə etibarilə, Hyundai şirkəti heç bir halda sizin gəlir itkiləriniz ilə bağlı məsuliyyət daşımayacaq.

Hyundai şirkəti sizin bu saytdan istifadə edə bilməməyinizə görə məsuliyyət daşımır. Hyundai Şirkəti saytın fasiləsiz olaraq xidmət göstərəcəyi və ya saytda xəta baş verməyəcəyi barədə vəd vermir. Hyundai Şirkəti bizim nəzarətimiz xaricində olan hər hansı səbəbdən bu saytı sizə təqdim edə bilmədiyimiz halda məsuliyyət daşımayacaq.

 

Məzmun və reklamlar

Bu sayt həmçinin digər internet saytları və resurslarına linkləri və resurslardan məzmunu təqdim edir. Hyundai şirkəti bu saytlar və resurslar üzərində nəzarətə malik olmadığından siz təsdiq edir və razılaşırsınız ki, Hyundai şirkəti bu xarici saytlar və resurslara dair heç bir məsuliyyət daşımır və bu saytlar və resurslarda mövcud olan hər hansı məzmun, reklam məhsulu, xidmətlər və ya digər materiallar barədə məsuliyyət daşımır.

 

Hyundai.az saytında sosial plaqinlərdən istifadə

Siz Hyundai.az saytına ilk dəfə daxil olduqda bütün sosial plaqinlər (Facebook, Youtube, Instagram, Twitter) standart tənzimləmələrlə aktiv olmur. Siz  Hyundai.az saytında sosial şəbəkə düyməsini tıkladığınız zaman sosial plaqinlər sosial şəbəkələrə giriş parolu və giriş icazəsi tələb edir. Siz bu tələbi təsdiq etdiyiniz halda, brauzer və sosial plaqinlər arasında əlaqə, seçimləri dəyişərək və ya brauzer cookie –lərini silərək onu deaktiv edənədək aktiv qalır.

Hyundai Şirkəti tərəfindən idarə edilən Facebook səhifələri və sosial plaqinlərdən alınmış sosial şəbəkə səciyyəli hərəkətlər istifadəçilərin sayt haqqında dəyərləndirmələrini görə bilmək üçün, istifadəçilərin Hyundai.az saytı haqqındakı fikirlərini bilmək üçün Hyundai.az saytında saxlanıla bilər. Hyundai.az, sosial şəbəkələrdə hər hansı məxfi bir məlumatı saxlamır.

 

Şərtlərə dəyişikliklərin edilməsi

Hyundai şirkəti istənilən vaxt saytı və ya bu şərtləri dəyişə bilər. Əgər siz, Hyundai şirkəti şərtləri dəyişdikdən sonra saytdan istifadə edirsinizsə, yeni şərtlərlə bağlı müvafiq öhdəlik daşıyacaqsınız.

 

Cookie faylları (müştəri sistemində saxlanan identifikasiya faylları) ilə bağlı qaydalar

Media Reklamına (Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası) əsaslanaraq biz Google Analytics xüsusiyyətlərini tətbiq etmişik. Siz Media Reklamı üçün Google Analytics –dən imtina edə və Reklam tənzimləmələrindən istifadə edərək Google Displey Şəbəkəsi reklamlarını quraşdıra bilərsiniz. Bundan əlavə, siz Goolge Analytics tərəfindən izlənməni deaktiv etmək üçün Google Analytics Opt-Out Browser Add-on istifadə edə bilərsiniz. Biz Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası tərəfindən  təmin edilən məlumatdan istifadəçilərimizin maraqları çərçivəsində sayt və onun məzmununu qurmaq məqsədilə istifadə edəcəyik.